Sosial (Bu gün, 19:52)
Bakıda “kitayski” lisey – ,,ŞAKAYA PUL LAZIMDIR":Elçin Məmmədov mühüm təhsil ocağını bazara çevirib
Bu gün dünya Çindən danışır. Təkcə ona görə yox ki, bu Asiya nəhəngi olan dövlətdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilib, hərbi parada təşkil olunub. Həm də ona görə ki, fizika, riyaziyyat, informatika fənlərində çinli şagirdlər xarüqələr yaradır, beynəlxalq olimpiadalarda qalib olur, şöhrət qazanırlar. Amma Azərbaycanda fizika, riyaziyyat və informatika adı gələndə bu sahə üzrə liseydə nəinki Çin səviyyəsində tədrisin keyfiyyətindən söhbət getmir, ümumiyyətlə, bu təhsil ocağında dərslərin səviyyəsi “kitayski”dir.
Bu barədə redaksiyamıza verilən məlumatda deyilir ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseydə baş verənlər, direktor əvəzi Elçin Məmmədovun əməlləri ilə bağlı Elm və Təhsil Nazirliyindən ölçü götürülməsi gözlənilir.
Bununla bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunaraq liseydə araşdırmalar aparılması xahiş edirik. Bildirilir ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktor əvəzi Elçin Məmmədov təhsil müəssisəsini bazara çevirib.
Onun liseyə rəhbərlik etdiyi gündən bəri təhsil ocağı ticarət mərkəzinə dönüb. Çünki Elçin Məmmədovu tədrisin keyfiyyəti yox, mənfəət maraqlandırır. Özü də bu təhsil cinayəti elə bir liseydə baş verir ki, fizika, riyaziyyat və informatika kimi çağdaş dünyada ən populyar, vacib fənlər təmayüllüdür.
Ancaq Elçin Məmmədov nə eli fikirləşir, nə də Çin səviyyəsinin yarısına çatmağı. Onun bu arxayınlığına səbəb olan isə Təhsil İnstitutunun rəhbərliyindən Fuad Qarayev tərəfindən himayə olunduğu barədə deyilənlərdir. O da Fuad Qarayevə güvənərək liseyi “kolxoz”a çevirib.
Əvvəla, qeyd etmək lazımdır ki, direktor əvəzi Elçin Məmmədov ikinci qrup əlildir, amma Qarabağ veteranı deyil. Nə deyirik, Allah şəfasını versin, hamının başına gələ bilər. İntəhası, direktor əvəzi gəldiyi gündən liseyi də zəlil günə qoyub.
Bu azmış kimi, rəhbərlik etməklə yanaşı özü də 12 saat dərsi deyir. Maraqlıdır, ikinci qrup əlil liseydə həm rəhbərlk etməyi, həm dərs keçməyi necə çatdıra bilir? Bəlkə heç sinif otaqlarına girmir? Belə iddialar var ki, özünə maaş yazıb və məktəbdən ticarət obyekti kimi istifadə edir.
Həmçinin liseyin bufetini sökdürüb, sonra otaqlar düzəltdirib, hazırlıq kursları üçün arendaya verib. Halbuki liseyin özü elə abituriyent hazırlamalıdır. Ancaq təhsilin keyfiyyəti aşağıdır deyə lisey şagirdləri həm də repetitora ehtiyac duyurlar. Elçin Məmmədov isə bundan istifadə edərək məktəbin otaqlarını qeyri rəsmi icarəyə verir, aylıq gəlir götürür.
Verilən digər məlumata görə, E. Məmmədov 10 min məbləğ əvəzində Axundov Ərəstun Əlsahib oğlunu
təsərrüfat işləri üzrə müavin təyin edib. . Onun isə psixoloji problemlərinin olduğu iddiaları səslənir. Belə bir şəxsin müavin vəzifəsi tutması sual doğurur.
Bundan əlavə, liseydə digər qanunsuzluqlardan biri də Xalidə müəllimənin riyaziyyat fəndindən olan dərslərini Alqıyeva Şəhlaya verilməsidir. Yəni torbada pişik var. Dərsləri isə tamam başqa Gülbəniz müəllim apardığı üçün pullar Elçin müəllimə çatıb. Necə deyərlər ,,ŞAKAYA PUL LAZIMDIR"
Bu haqsızlıqlara isə təbii ki birbaşa Elçin Məmmədovun maraqları çərçivəsində yol verildiyi bildirilir. Onun Fuad Qarayeva arxayın olması səbəbindən belə özbaşınalıqlar baş verir. Ona görə də Elm və təhsil nazirindən bu məsələlərlə bağlı araşdırma aparılmasına göstəriş verməsi rica olunur.
Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyində imtahanların şəffaf keçirilməsi ilə bağlı şübhə doğuran məqamlar da üzə çıxıb.Vaxtilə 1 nömrəli fizika - riyaziyyat təmayüllü internat məktəbi kimi fəaliyyət göstərmiş indiki lisey barədə xoşagəlməz məlumatlar yayılmaqdadır. Belə ki, Elçin Məmmədov Fuad Qarayevlə əlbir olub yeri gəldi-gəlmədi tez-tez imtahanlar keçirir, bundan gəlir götürür.
Valideynlərin verdiyi xəbərdə bildirilir ki, imtahanların keçirilməsi ilə bağlı lisey şagirdlərinə nə sual kitabçası verilir, nə cavablarla bağlı açıqlama. Yalnız siyahı lövhəyə vurulur və nəzərdə tutulan keçid balını toplayanların imtahandan keçdiyi açıqlanır.
Deyilənlərə görə liseydə konkret təlimat almış şəxslər var. Onlar şagird qəbulu üzrə biznes işinə həvalə olunub. Hətdda nazirliyin qəbul imtahanlarında əlində sualların hazır cavabı olan uşaqların kalidorlarda gəzdiyi bildirilir. Elçin Məmmədov etibar etdiyi kadrlarının sinəsini qabağa verərək valideynlərlə qeyri-rəsmi danışıqlara səfərbər edir. Deyilənə görə, şagird qəbulu 3000-5000 manat civarında dəyişir. Kifayət qədər böyük rəqəm olan bu məbləğə isə valideynlərin imkanı çatmır. Üstəlik, qəbulun ödənişli olması haqda heç bir rəsmi qərar yoxdur. Bir sözlə, liseydə ciddi təftişə ehtiyac var...(rubrika.az)

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
Aqrar Xidmətlər Agentliyi vergi borcu olan şəxslə müqavilə bağladı - qanunlar kimin umrundadır ki...
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
2 09 2025
2 09 2025
2 09 2025