Təhsil (Bu gün, 13:45)
39 məktəb ləğv edildi
2024-cü ildə 39 məktəb ləğv edilib, 25 məktəb yaradılıb və 4 məktəbin tipi dəyişdirilib.
Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.“Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində 292, 333, 334, 335, 337 nömrəli tam orta məktəblər, Abşeron-Xızı Xırdalan Regional Təhsil İdarəsinin tabeliyində Xırdalan şəhər 11 nömrəli tam orta məktəbi, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində Şəmkir rayonu Günəşli kənd tam orta məktəbi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində Samux rayonu Seyidlər kənd tam orta məktəbi yaradılıb.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində Tovuz şəhəri M.Ələkbərov adına tam orta məktəbi Fizika, riyaziyyat və informatika təmayüllü məktəbə çevrilmiş, Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində Beyləqan şəhəri 8 nömrəli tam orta məktəbi Humanitar fənlər təmayüllü liseyə çevrilib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Qusar rayonu, Çərtgün kənd ibtidai məktəbi, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan Şuşa şəhəri 6 nömrəli, Xocalı rayon 2 nömrəli, Ağdam rayonu 149 nömrəli tam orta məktəbləri ləğv edilib”, - hesabatda qeyd olunub.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
14 03 2025
13 03 2025
13 03 2025
13 03 2025
13 03 2025
13 03 2025
13 03 2025
13 03 2025
13 03 2025
13 03 2025
13 03 2025
13 03 2025