Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 11:19)
Məlhəm Hospital xəstəxanasında fəaliyyət göstərən Dr. Elçin Zodanov Almaniya vətəndaşını uğursuz əməliyyat edib? -QALMAQAL

Daha bir plastik cərrah qalmaqalı: Məlhəm Hospital xəstəxanasında fəaliyyət göstərən Dr. Elçin Zodanov Almaniya vətəndaşını uğursuz əməliyyat edib?
Bir surəti də poçtumuza daxil olan Almaniya vətəndaşı Pınar Gündoğdu Dinlerin hüquqi nümayəndəsi vəkil Rechtsanwalt Gerhard Dorkanın Məlhəm Hospital xəstəxanasında fəaliyyət göstərən Dr. Elçin Zodanovun müvəkkilinə vurduğu ziyanla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müracətini oxuculara təqdim edirik:
Hörmətli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,
Müvəkkilim Pınar Gündoğdu Dinler, Almaniya vətəndaşı olaraq, Bakı şəhərində yerləşən Melhem Hospital xəstəxanasında fəaliyyət göstərən Dr. Elçin Zodanov tərəfindən iki dəfə estetik əməliyyat olunmuşdur.
İlk əməliyyat 15 iyul 2024, ikinci əməliyyat isə 7 may 2025 tarixlərində həyata keçirilmişdir. İlk əməliyyat üçün 4.500 avro, bacısı Özben Dinler üçün isə 4.800 avro nağd olaraq ödənmişdir. Əlavə olaraq Almaniyadan Azərbaycana gəlişlərində təyyarə, otel, viza, qidalanma xərcləri müştərim tərəfindən qarşılanmışdır.
Hər iki əməliyyatın nəticəsi uğursuz olmuş, müştərim ciddi fiziki və psixoloji zərər görmüşdür. Alman həkimləri tərəfindən verilmiş rəsmi tibbi rəylər, əməliyyatdan əvvəl və sonra çəkilmiş fotoşəkillər, habelə əməliyyatın uğursuzluğunu sübut edən tibbi sənədlər hazırda təqdim edilməyə hazırdır.
Bundan başqa, müştərimlə yanaşı Dr. Elçin Zodanov haqqında şikayətçi olan digər şəxslərlə də əlaqə qurulmuşdur və toplu şəkildə şikayət dosyası hazırlanır.

Tələblər:
1. 4.500€ ve 4800€avro əməliyyat haqqının və hər iki səfər üçün çəkilən bütün əlavə xərclərin tam şəkildə ödənilməsi,
2. Maddi və mənəvi zərərin qarşılanması,
3. Xəstəxana və həkimin məsuliyyətinin araşdırılması və lazımi hüquqi tədbirlərin görülməsi.

Bu məktubun alındığı tarixdən etibarən 2025-ci ilin sentyabr ayının sonuna qədər cavab verilmədiyi halda, müştərim Azərbaycanda tanınmış bir vəkilin Fuad Hüseynov hüquqi təmsilçiliyi ilə məhkəmə iddiası qaldıracaq, məsələni bütün yerli və beynəlxalq media qurumlarına, sosial media platformalarına, xəbər agentliklərinə çatdıracaqdır.
Əlavə olaraq, toplanmış bütün sənədlər və sübutlar Səhiyyə Nazirliyinə və Baş Prokurorluğa təqdim ediləcəkdir.

Hörmətlə,

Rechtsanwalt Gerhard Dorka
Avukat – Almaniya vətəndaşının hüquqi nümayəndəsi
Əlaqə: 02043 67880
kanzlei-dorka.de
Hochstraße 54, 45964 Gladbeck
Von meinem iPhone gesendet
S.S Qeyd edək ki, poçtumuza Pınar Dinler bacılarının özlərinində yazdığı şikayət və Dr Elçin Zodanovun diplomları və bu diplomarda olan anlaşılmamazlıq barədə şikayət məktubuda daxil olub.Məktubda yazılanları araşdırandan sonra oxuculara təqdim edəcəyik!(teref.az)


шаблоны для dle 11.2

Xəbər lenti
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
18 08 2025
18 08 2025
18 08 2025
18 08 2025
18 08 2025
18 08 2025
18 08 2025
18 08 2025
18 08 2025
18 08 2025
18 08 2025