Karusel (17-04-2024, 12:33)
Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - SİYAHI
Analitik Ekspertiza Mərkəzi adı çəkilən klinikalarda yoxlama apararsa xeyli sayda sertifikasiyadan keçməyən həkimlər üzə çıxarda bilər
Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən 2011-ci ilin yanvar ayından ali tibb mütəxəssislərinin, 2012-ci ildən isə orta tibb işçilərinin sertifikasiya prosesi aparılır. Qanuna görə, sertifikasiyadan keçmədən praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul oluna bilməz.
Ölkədə fəaliyyət göstərən bir çox özəl klinikaların sertifikasiyadan keçməyən həkimlərlə işləməsi brədə mətbuatda dəfələrlə məlumatlar yayılıb. Bildirək ki, hər il Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən sertifikasiyadan keçməyən həkimlərə görə özəl klinikalar cərimələnir.
Mediatv.az xəbər verir ki, sosial mediada yayılan məlumatlarda Turan Hospital, Xezer klinikasi, "Kəpəz Hospital", "Medeks Hospital", “Berlin Ailə və Uşaq Klinikası” MMC, "Mərcan" klinikası, “Elmed” klinikası, “Zəfəran” Hospital, Hospital, Muğan klinikası, “Büllur” klinikası, MediYus Klinikasında sertifikasiyadan keçməyən həkimlərlərin işlədiyi iddia edilir. Belə ki, adı çəkilən tibb müəsissəsələrində fəaliyyət göstərən bir çox həkimlərin sertifikatı yoxdur. Məlumata görə klinika rəhbərləri sertifikasiyadan keçməyən həkimlərə öz maraqlarına görə yumurlar.
Qeyd edilir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi adı çəkilən klinikalarda yoxlama apararsa, tibb müəsissələrində xeyli sayda sertifikasiyadan keçməyən həkimlər üzə çıxardacaq.
İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024