
"Zamex" kargo şirkətindən şikayət var.
Rəqsanə Rəhmanova “Zamex” kargo şirkətinin xidmətindən narazılığını bildirib.
Onun sözlərinə görə, xaricdən göndərilən bağlamaları demək olar ki, 3 həftədən çoxdur ki, Azərbaycandakı anbarda qalır. "Call center" ilə əlaqə saxlamaq mümkün olmayıb; növbədə sırası 1 olmasına baxmayaraq, yarım saatdan bir saata qədər gözlədikdən sonra heç kəs cavab verməyib.
Qeyd edək ki, Amerika, Almaniya və Türkiyədən Azərbaycana çatdırılmanı həyata keçirən “Zamex”in ölkədə 40-dan çox filialı fəaliyyət göstərir. Şirkət həmçinin ölkədaxili daşınma xidmətləri göstərir.
“Zamex”in təsisçisi Akif Bayramovdur.
İnternet resurslarından əldə olunan məlumatlara görə, “Zamex” Marsol Groupun sponsorudur.
Dəfələrlə Marsol Group rəhbərliyi həmin şirkətin ofisini ziyarət edib.
Qeyd edək ki, “Marsol” MMC-nin sədri Tural Mustafayevdir.