Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 17:09)
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:işçiləri necə istismar edir...

“Aral Group” tikinti şirkəti işçiləri necə istismar edir? – ŞİKAYƏT

Redaksiyamıza danışan şikayətçi bildirib ki, şirkət əməkdaşlarını iş saatından çox işlədərək istismarla məşğul olur:

“Mən 10 ay rəsmi olaraq “Aral Group” tikinti şirkətində mühasib köməkçisi vəzifəsində çalışmışam. Normalda iş saatı 09:00-da başlayaraq 18:00-da bitir. Lakin mənim işim 08:00-dan 18:00-a kimi idi. Bu, şirkətin qrafiki idi və hazırda da əməkdaşların hamısı qeyd etdiyim qrafik üzrə çalışırlar. Həftənin 5 günü 8 saat olmaqla, əməkhaqqı 450 manat qeyd olunmuşdu. Lakin aldığım əməkhaqqı 600 manat idi. Maaşın 450 manatını karta vururdular, qalan hissəsini isə nağd şəkildə verirdilər. Şirkət mənə məzuniyyətin düşmədiyini və əlavə iş saatlarına görə ödəniş edilməyəcəyini bildirir. Baxmayaraq ki, şirkətin bu davranışı qayda pozuntusudur. Hüquqları pozulmuş bir vətəndaş olaraq, məzuniyyət və əlavə günlərimin hesablanmasını tələb edirəm”.(bakues.az)

               ***

Yenixeber.org olaraq xatırladaq ki, "ARAL Group" şirkətinin adı Nurçuların Azərbaycanda fəaliyyət göstərən biznes şəbəkələri sırasında yer alır. 

Bu şirkət 1991-ci ildə Türkiyədə Əhməd Çətin tərəfindən təsis edilib. "ARAL Group" inşaat-podratçılıq və idxal-ixrac sahəsində xidmət göstərir. Şirkət yüksək mərtəbəli ofis, yaşayış və müxtəlif məqsədli binaların tikintisini həyata keçirir.

Fətullahçıların Azərbaycandakı biznes şəbəkəsi – (Siyahı)

2004-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Ölkəmizin tikinti sektoruna dəyəri milyonlarla ölçülən sərmayə qoyub.

"ARAL Group" şirkətlər qrupuna "Falez MMC", "İnkom MMC", Elif MTK", "Yusuf MTK", "Esra Plaza", "Babək MTK" kimi şirkətlər daxildir.

"OMİD" inşaat və tikinti materialları şirkəti də bu şəbəkədə önəmli şirkətlərdəndir.

Bu istiqamətdə Yenixeber.org-a ötürülən digər məlumata görə Sumqayıt şəhərindəki məşhur "Sumqayıt Bağça Şəhər" yaşayış kompleksi də "ARAL Group" şirkətinin layihələrindən biridir. Hələ də, tikintisi davam edən bu kompleksə Muxtar müəllim rəhbərlik edir. Onu da xatırladaq ki, bu kompleksin də adı müxtəlif hadisələrlə hallanıb...

Yenixeber.org olaraq bu istiqamətdə araşdırmalarımızı davam etdirəcəyik.  

Qarşı tərəfi mövqeyini dərc etməyə hazırıq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025