Karusel / Slayd / Redaktor seçimi (1-08-2024, 23:54)
SOCAR dövlətin milyonlarını çirkab sularda necə dəfn edir?-FOTOLAR
Mediatv.az xəbər verir ki Bakının Binəqədi rayonu ilə Abşeron rayonunun birləşdiyi hissədə - Binəqədi Gənclər şəhərciyinin qarşısındakı ərazidə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus (SOCAR) neft və qaz boruları kanalizasiya suları içərisində çürüməkdə, məhv olmaqdadır. Vaxtiylə Xaləddin İsgəndərovun Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gəlişindən sonra ərazidə gecəqondu tipli tikililərin sayı sürətlə artmağa başladı ki, nəticədə kanalizasiya sisteminin olmadığı ərazidə çirkab suların axıdılması problemi aktuallaşdı. Nə qədər qəribə də olsa, strateji əhəmiyyətli neft-qaz kəmərlərinin yaxınlığında qanunsuz tikililərin artmasına SOCAR, eləcə də bu qurumun müvafiq idarəsi olan Neft Kəmərləri İdarəsi də etiraz etmədi. Nəticədə, evlərdən axan çirkab sular dəyəri milyonlarla manat olan neft-qaz borularının keçdiyi ərazidə cəmləşməyə, burada irili-xırdalı zəhərli göllər əmələ gətirməyə başladı. Bu gün sözügedən ərazidəki bütün neft-qaz kəmərlərinin aktiv korroziyası prosesi gedir ki, bu da SOCAR-ın dövlət vəsaitinə hər kəsin gözləri qarşısında qəsd etdiyini göstərir.
Kənd icra nümayəndəsi və bələdiyyə sədrinin yeyinti mənbəyi: Dövlət itirdikcə məmurlar necə qazanır?
Neft kəmərlərinin mühafizə zolağının yaxınlığında qanunsuz tikililərin artmasında SOCAR-ın Neft Kəmərləri İdarəsi ilə yanaşı, Binəqədi kənd icra nümayəndəsi ilə Binəqədi bələdiyyəsinin də “xidməti” böyükdür. Həm icra nümayəndəsi, həm də bələdiyyə sədri illər uzunu şəxsi maraqları konteksində gecəqonduların neft kəmərlərinə doğru geişlənməsinə göz yumub, vəziyyətin fəlakətli həddə çatmasında mühüm rol oynayıb. Ən maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Binəqədi və Abşeron rayonlarının birləşdiyi bu ərazidə Abşeron rayonuna aid torpaq sahələri də Binəqədi bələdiyyəsinə aid sənədlərlə satılıb ki, bu da qanunsuzluğun miqyasından xəbər verir. Bu məsələdə kənd Binəqədinin sabiq bələdiyyə sədri Elman adlı şəxsin adı xüsusilə hallanmaqdadır.
Ərazi ilə tanışlıq, neft kəmərlərinin acınacaqlı durumu göstərir ki, dövlət itirdikcə məmurlar qazanmaqda, şəxsi büdcələrini genişləndirməkdədir.
COP29 ərəfəsində ölkəmizi rüsvay edənlər cəzalanacaqmı?
Mediatv.az bildirir ki SOCAR-ın neft kəmərlərinin məhv edilməsinə olan laqeyid münasibəti nəticəsində bu gün sözügedən ərazidə əsl ekoloji fəlakət yaşanmaqda, ciddi antisanitariya şəraiti hökm sürməkdədir. Torpaq sahəsinin kanalizasiya suları ilə çirklənməsi, ərazidəki üfunət iyinin kilometrlərlə ətrafa yayılması, bitki örtüyünün məhvi bu qurumun ölkəmizi COP29 ərəfəsində bütün dünyada rəzil etdiyini göstərir. Bu baxımdan bütün əlaqədar qurumların, eləcə də Baş Prokurorluğun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövcud məsələ ilə bağlı lazımi ölçü götürməsinə, şəxsi maraqlarını təmin etmək üçün ərazidə ekoloji fəlakət yaradan şəxsləri məsuliyyətə cəlb etməsinə ehtiyac var.
Ümid edək ki, aparılan hüquqi araşdırma nəticəsində bütün günahkarlar öz layiq olduğu cəzasını alacaq, ərazidəki çirkab suların axıdılması problemi qəti şəkildə öz həllini tapacaq.
Bu yazıda adı çəkilən tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
7 10 2024
6 10 2024
6 10 2024
6 10 2024
6 10 2024
6 10 2024
6 10 2024
6 10 2024