Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (14-09-2024, 08:39)
“Qadın məhkəmədə dedi ki, bu yeri 5 milyon rüşvət verib ondan almışam” - QALMAQAL

“Qadın məhkəmədə dedi ki, bu yeri 5 milyon rüşvət verib ondan almışam”
“Məni ikinci, üçüncü qat narahat edən əsas problem budur ki, tarixi ən-ənəsi olan “Azərbaycanfilm” kinostudiyasını çökdürürlər. Mərhələ-mərhələ məhv edirlər. Bunların hamısı bir oyundur. 80 illik həyatımın 67 ilini kinoya həsr etmişəm. Kinostudiyada özəl studiyalar, prodakşınlar, komitələr yaradırlar. Əgər peşəkar kinomuz varsa, niyə kinostudiyadan istifadə etmirik ki? Kinostudiya da qəpik-quruşun ümidinə qalıb. Bu qəpik-quruşu da özəl televiziyalar verir. Biz də onunla işçilərə maaş veririk. 2-3 aydan bir maaş alırlar. 40-a yaxın ştatlı işçi var”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Əbdül Mahmudbəyov deyib. O daha sonra əlavə edib.

“Kinonun adı ilə alver edirlər. Kinonun adı ilə tanınırlar, şöhrətini daşıyırlar. Amma biri kinonu müdafiə edən bir söz danışmır. Hamı başından böyük qələt edir, əxlaqsız, mənəviyyatsız düşüncə ilə doluşublar kinonun canına. Kino burada məhv olur, dağılıb gedir. Amma onlar kinonun pulları ilə uşaqları üçün biznes qururlar, ev alırlar” deyə o bildirib.
Xalq artisti mənzil problemindən də söz açıb. O qeyd edib ki, Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən getsə də, onun mənzil problemi öz həllini tapmayıb və keçmiş icra başçısı məhkəmənin qərarını icra etməkdən imtina edib:

“Mənim dədə-baba evim “Qış parkı” deyilən ərazidə yerləşirdi. “Qış parkı”-nın tələm-tələsik, hazırlıqsız tikintisi zamanı bizim yaşadığımız bina çox ciddi şəkildə zədələndi. İcra Hakimiyyəti və Fövqəlada Hallar Nazirliyi bizi evdən çıxarıb dedilər ki, burada yaşamaq olmaz. Qapıya da polis qoydular ki, ora heç kim girib-çıxmasın. Onlar bizi 10-15 günlük müvəqqəti də olsa hardasa yerləşdirməli idilər. Onlar bunu etmədilər. Hacıbala Abutalıbovla görüşdüm. Dedi ki, 10 günə səni yerləşdirəcəm. Hacıbala Abutalıbov məni aldatdı. Ondan sonra mən məcbur olub məhkəmələrə müraciət etdim. Hər bir məhkəmə nümayəndəsi gəlib evə baxdılar və mənim xeyrimə qətnamə çıxartdılar ki, təcili sürətdə bu adam köçürülməli, evlə təmin olunmalıdır. Məhkəmə qətnaməsini Hacıbala atdı zibil yeşiyinə. Özü də təhqiramiz söyüşlər söyə-söyə.. Dedi ki, bura mənim Bakımdır, burada heç kim xod gedə bilməz. Mənim əlimdə 3 məhkəmə qətnaməsi var ki, xeyrimədir. Sağ olsun o vaxtı binanı alan qadın. Bizi müvəqqəti yaşamaq üçün yerbəyer etdi. Bu şərtlə ki, bizim evimizin yerində bina tikiləcək və oradan bizə ev veriləcəkdi. 6 ildir binanın tikintisi dayandırılıb. Qadını qoymurlar gedib tiksin binasını. Biz də müvəqqəti yerləşdirilmişik. Vallah karlson kimi damda yaşayıram. Həmin qadın da xəstəlik tapıb. Qadın əlində quran məhkəməyə gəlib dedi ki, mən bu yeri 5 milyon rüşvət verib Hacıbala Abutalıbovdan almışam. Ya mənə icazə verin binamı tikim, camaatın borcundan çıxım, ya da mənim borcum arta-arta gedir, günahım nədir ki? O qadına dedilər ki, bizlik deyil. Ev qalıb yarımçıq. Hacıbala villalarda istirahət edir. İlisuda gedib gözümlə onun villasını gördüm. Amerikanın prezidentinin, Rusiyanın prezidentinin heç elə villası yoxdur. Bütün “Qış parkı” Hacıbalaya baxır. Yeraltı və yerüstü obyektlərin sahibləri hamısı ona aylıq məvacib verir. Uşaqları da oturub özləri üçün bizneslə məşğuldurlar. Mən də xalq artisti qalmışam “krişa”-lar da” deyə sənətkar iddia edib.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqelərini dərc etməyə hazırıq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024