Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (27-11-2021, 10:12)
"Yelo Bank"da əgər TƏFTİŞ APARILARSA

 




Azərbaycanda ən böyük özəl banklardan biri olan Yelo Bankın fəaliyyətinə keçməzdən öncə bankın sahibi, Rusiyalı milyarder Vahid Ələkbərovla bağlı bir maraqlı dialoqu oxucuların nəzərinə çatdıraq.
Deməlİ, Vahid Ələkbərovun yaxın dostu danışır ki, Bakıdakı məclislərin birində Vahidin haralı, kim, nəçi olması barədə söhbət düşdü.
Və SOCAR-ın 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə dedi ki, ay Vahid ( dostu deyir ki, Azərbaycanda ancaq 2 şəxs ona adı ilə müraciət edə bilər ) biri deyir sən Qazaxlısan, o biri deyir Kürdəmirlisən, sən de görək haralısan ?
Dostu danışır ki, Vahid Ələkbərov xeyli gülərək dedi ki, Xoşbəxt müəllim, sizin “Məşədi İbad” filminizdə İranlı hambal var haa, o mənim babamdır..
Bu söhbəti etməkdə məqsədimiz odur ki, Vahid Ələkbərov çoxlarından fərqli olaraq öz keçmişinə hörmətlə yanaşır.
Ancaq təəssüf ki, Vahid müəllimin sahib olduğu Yelo bankda ciddi problemlər var.
Məlumatlı mənbənin dediyinə görə, bankın 1.7 mln manatdan çox aylıq əmək haqqı xərcləri var. Nəzərə alsaq ki, Bankın 900 işçisi var, o zaman işçibaşına təqribən 1900 manat əmək haqqı düşür. Amma gəlin, aydınlaşdıraq. Reallıqda işçilərə bu qədər əmək haqqı verirlərmi? Əlbəttə yox! Adi mütəxəssislərə aylıq 300 manatdan başlayaraq maaş verilir. Amma rəhbərlikdə olanlar 15-30 min manat alırlar. Bu da sözlə ifadə olunmayacaq sosial ədalətsizlikdir. Bu harada görünüb ki, rəhbər şəxslər işçidən azı 100 dəfə çox maaş alsın, buna bankın sahibi nə deyir?!
O da məlum olur ki, Yelo Bank rəhbərliyi ucdantutma hamını “köhnə kadr” adı ilə işdən qovur, onların əvəzinə bank strukturlarını özünə və ətrafına yaxın savadsız kadrlarla doldurub. Hətta rəhbərlikdə olanların Mərkəzi Bankdan attestasiyadan necə keçmələri şübhə doğurur. Bunu onların fəaliyyətindən də görmək olar, savadsız, yarıtmaz rəhbər işçilər guya idarəçiliklə məşğul olurlar, əslində başqa işlərlə məşğuldurlar. Baş direktorlar Mərkəzi Bankdan atestasiyadan keçmədən hansısa sahəyə kuratorluq edirlər. Heç bir məsuliyyət daşımadıqlarına görə bankı dağıtmaqla məşğuldurlar.
Bu adamların bankçılıqdan xəbərləri yoxdur.
Əlavə şərhə ehtiyac varmı ?
//gundelik-baku.com//
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024