Sosial (23-07-2024, 08:53)
Naxçıvanda 400 minlik mülkə belə əl qoyuldu - ÖZBAŞINALIQ!
Naxçıvan şəhəri, M.S.Ordubadi küçəsi, ev 16-da yaşayan, qanunsuz olaraq mülkiyyətindən məhrum edilən Əliyev İlqar Qulu oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir:
“Cənab Prezident!
Mən, Əliyev İlqar Qulu oğlu, yazaraq bildirirəm ki, 2023-cü ilin noyabr ayında Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri cənab Fuad Ələsgərovla görüşmüşəm. Bu görüş zamnaı bildirdim ki, mənə aid olan obyektim mənimsənilib.
Hazırda iş İnzibati Məhkəmədədir. 1 il yarımdır məhkəmə gedir, lakin qərar verilmir. Məhkəmənin hakimi Elnur Hüseynovdur. Həmin mənimsənilən ərazi əvvəl “Gəmiqaya İnşaat” MMC-yə, daha sonra isə APF şirkətlər qrupuna satılmışdır. Maraqlısı odur ki, bu torpaq sahəsi mənim adıma olsa da, satışını başqaları edir.
Cənab Prezident!
Vasif Talıbovun vaxtında olan özbaşınalıqlara görə səsimizi çıxarmağa imkan verilmirdi. Mən sizdən bu işin ədalətli araşdırılması üçün tapşırıq verməyinizi xahiş edirəm. Saxta çıxarışları, saxta sənədləri də diqqətinizə çatdırıram.
Fuad Ələsgərovla görüş zamanı Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 28 A ünvanında yerləşən, mülkiyyətimdə olan 30 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin sökülməsinə görə kompensasiya ödənilməməsi ilə bağlı məlumat vermişəm.
Qeyd edim ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 28A ünvanında yerləşən 0,004 ha torpaq sahəsi Naxçıvan şəhər İcra Hakimiyyətinin 06 iyun 1999-cu il tarixli, 340 saylı sərəncamı ilə mənə ayrılmışdır. Həmin torpaq sahəsində öz vəsaitim hesabına qeyri-yaşayış sahəsi inşa etdirmiş, orada təmir, bəzək-tamamlama işləri görmüş və uzun illər həmin sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. Həmin sahə üzərində mülkiyyət hüququm və onun altında yerləşən torpaq sahəsinə dair istifadə hüququm, 13 yanvar 2012-ci il tarixli, Seriya MH № 0023848 saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır.
2014-cü ildə heç bir zərurət, hüquqi və ya faktiki əsas olmadan cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə mülkiyyətimdə olan qeyri-yaşayış sahəsi sökülmüş, həmin torpaq sahəsində yeni çoxmərtəbəli yaşayış binası inşa olunmuşdur.
Hazırda mülkiyyət hüququmun pozulmasına görə kompensasiya ödənilməsi tələbinə dair inzibati mübahisə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (Hakim Elnur Hüseynov) icraatındadır. Cavabdeh İcra Hakimiyyəti sahənin sökülməsi və yeni tikinti üçün torpaq sahəsinin ayrılması barədə sərəncamları məhkəməyə təqdim etməkdən boyun qaçırsa da, inzibati ərazi vahidində yaşayış və qeyri-yaşayış binalarının sökülməsi və yeni binaların tikintisinə icazə verilməsi məhz yerli icra hakimiyyəti orqanlarının müstəsna səlahiyyətindədir.
Cənab Prezident!
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 31 yanvar 2024-cü il tarixli, 02/76 saylı cavab məktubuna əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 12 fevral 2018-ci il tarixli, 15 nömrəli sərəncamı ilə Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yeni yaşayış binasının tikintisi üçün “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqına 4264,62 kv.m torpaq sahəsi ayrılmışdır.
Beləliklə, Naxçıvan Şəhər İcra Hakimiyyətinin həmin sahədə tikinti aparılması ilə bağlı hər hansı sərəncamın olmamasına dair mülahizələrinin həqiqətə uyğun olmadığı, mənim həmin torpaq sahəsi üzərində qeydə alınmış istifadə hüququmun, həmin torpaq sahəsi üzərində inşa olunmuş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququmun mövcud olmasına baxmayaraq, icra hakimiyyəti orqanının üçüncü şəxslərlə qanunsuz əlbir olaraq, həmin sahənin üçüncü şəxsə ayrılması barədə sərəncam verdiyi aşkar olunmuşdur. Yəni mənə ayrılmış torpaq sahəsi üzərində hazırda üçüncü şəxslər tərəfindən tikinti aparılmaqla yaşayış və qeyri-yaşayış sahələrinin satışından gəlir əldə olunur.
Qeyd etdiyim kimi, hazırda iddia tələbim üzrə məhkəmə icraatı davam etməkdədir. İddia tələbimi dəqiqləşdirərək Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 28A ünvanında 0,004 ha torpaq sahəsinin üzərində 40 kv.m sahəsi olan ayrıca təmirli qeyri-yaşayış sahəsinin verilməsi, 374.046 (üç yüz yetmiş dörd min qırx altı) manat əldən çıxmış fayda əvəzinin və 15.000 (on beş min) manat mənəvi ziyanın ödənilməsi və ya yerində tikilmiş binanın birinci mərtəbəsində yerləşən, 40 kv.m sahəsi olan, təmirli qeyri-yaşayış sahəsinin verilməsi, 374.046 (üç yüz yetmiş dörd min qırx altı) manat əldən çıxmış fayda əvəzinin və 15.000 (on beş min) manat mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması haqqında qərar çıxarılmasını xahiş etmişdim.
Lakin cavabdeh tərəfindən mənə məxsus əmlakın bərpa edilib qaytarılması və ya mənim əmlakımla sahə, məkan, təyinat baxımından eyni olan başqa torpaq sahəsi və qeyri-yaşayış sahəsi ilə əvəz olunması ilə bağlı heç bir tədbir görülmür, çoxsaylı israrlarımıza baxmayaraq, pozulmuş hüquqlarımızın bərpası üçün danışıq aparılmasından belə imtina olunur.
Hesab edirik ki, cavabdeh icra hakimiyyəti orqanının iddiaçıya münasibətdə qanunsuz və etinasız davranışlarının əsas səbəbi də məhkəmənin qərəzli, cavabdehin mövqeyinə xidmət edən hərəkətləridir. Belə ki, məhkəmə iddiaçının prosessual hüquqlardan istifadə etmək imkanlarını süni şəkildə məhdudlaşdırır, cavabdehin mövqeyi öyrənilmədən inzibati orqanın adından mülahizələr irəli sürülür. Bu səbəbdən, məhkəmə prosesinin səmərəli keçirilməsi təmin edilmir.
Məhkəmə işi üzrə 21 may 2024-cü ildə keçirilən iclasda hakim Elnur Hüseynov Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 28A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 2014-cü ildə mövcud olmuş dəyərinin müəyyən edilməsi üçün mütəxəssis rəyinin alınması barədə məhkəmənin mövqeyini bildirdikdə, iş üzrə nümayəndəm və vəkilim ümumilikdə qiymətləndirmə aparılmasına etiraz edilməməsini, lakin qeyri-yaşayış sahəsinin 2014-cü ildə deyil bu günə olan dəyərinin müəyyən edilməli olmasını bildirmişdir.
Məhkəmə nümayəndənin mövqeyi ilə razılaşması görüntüsü yaradaraq, qərardadında qeyri-yaşayış sahəsinin (mübahisəli sahə ilə oxşar, eyni təyinatlı, eyni ünvanda yerləşən) 2024-cü ildə mövcud olan dəyərinin müəyyən edilməsi barədə sual qoyulacağını bildirsə də, tərəflərin iştirakı olmadan çıxardığı 22 may 2024-cü il tarixli qərardadında öz subyektiv mülahizələrindən kənara çıxmayaraq “Naxçıvan şəhərində H.Əliyev prospekti 28A ünvanında yerləşən (hazırki “APF inşaat” MMC-yə məxsus binanın yerləşdiyi H.Əliyev prospekti 30) 0.004 ha torpaq sahəsi və onun üzərində olan 30 kv.m qeyri-yaşayış sahəsinin 2014-cü il üzrə bazar qiyməti nə qədər təşkil edir?”- deyə mütəxəssis qarşısında sual qoymuşdur. Həmin qərardadın çıxarılmasında nə iddiaçı, nə də onun nümayəndəsi iştirak etmədiyi halda, qərardadın giriş hissəsində “iddiaçı Əliyev İlqar Qulu oğlunun, iddiaçının vəkili və nümayəndəsi Məhərrəmova Ülviyyə Vüqar qızının iştirakı ilə” göstərməklə real vəziyyəti təhrif etmişdir.
Tərəfimizdən dəfələrlə mübahisəli torpaq sahəsinin qanunsuz olaraq ayrıldığı “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının və “APF İnşaat” MMC-nin iş üzrə icraata cəlb edilməsi barədə vəsatət təqdim edilsə də, məhkəmə qeyri-müəyyən səbəbdən vəsatəti təmin etməmiş, işin hərtərəfli və obyektiv araşdırılmasından yayınmışdır.
Göstərilənlərə əsasən, təkrar müraciət edərək, ədalətli məhkəmə araşdırmasının aparılmasının və mülkiyyət hüquqlarımın müdafiəsinin təmin edilməsini, əmlakımın qanunsuz sökülərək torpaq sahəsinin zəbt edilməsinə görə ədalətli kompensasiya kimi həmin ünvanda torpaq sahəsi və qeyri-yaşayış sahəsin ayrılması ilə bağlı köməklik göstərilməsini xahiş edirəm.
Öncədən təşəkkür edirəm”.
Qeyd edək ki, məsələ ilə bağlı yazıda adları çəkilən “Gəmiqaya İnşaat” MMC və “APF İnşaat” MMC-ilə əlaqə saxlamağa çalışsaq da, cavab ala bilmədik.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024