Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (13-02-2021, 18:53)
“Aqroinvest Kredit İttifaqı” İTTİHAM OLUNUR... - İmişlidə kredit fırıldaqçılığı…

 İmişli şəhəri, Qamət Əliyev küçəsi, 29 saylı evdə yaşayan Əliyev Nizam İsfəndiyar oğlu və X.Bəylərov küçəsi, ev 4 A, mənzil 15-də yaşayan Əliyeva Səidə Akif qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror cənab Kamran Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Mehriban xanım!

Cənab Baş prokuror!

Prezidentin 01 fevral 2021-ci il tarixli çıxışında məmurlara xəbərdarlıq etməyi ürəyimizcə oldu və bundan sonra ümidləndik ki, hər şey yaxşı olacaq.

Bir qrup dələduz bizi aldadaraq, evimizi “Aqroinvest Kredit İttifaqı” MMC-yə girov qoyub. 01.12.2016-cı il tarixli 3M-1347 reyestrli ipoteka müqaviləsi ilə bizi aldadıblar. İmişli notariat kontorunun rəisi Zəfər Zahidov bizə bildirdi ki, müqaviləni ləğv etmişəm, gedin evlərinizin sənədini götürün.

İki il sonra Şirvan şəhərindəki bankların birindən kredit götürmək istədik. Daşınmaaz Əmlakın Reyestr Xidmətindən bizə bildirildi ki, evləriniz “Aqroinvest Kredit İttifaqı” MMC-də girovdur. Öyrəndik ki, Zəfər Zahidov bizdən xəbərsiz onlara etibarnamə verib. Evimizin sənədlərini də ordan götürüb “Aqroinvest Kredit İttifaqı”nda girov qoyublar.

Biz müqaviləni pozsaq da, bizdən xəbərsiz həmin bankın işçiləri Ağahüseyn, Qədim, Əyyub və Şəmsəddin adlı şəxslər, yəni həmin bankın rəhbərləri bizim mülkimizi yenidən girov qoyub, 50.000 manat Nizamın evinə, 10.000 Əliyeva Səidənin adına pul götürüblər. Biz onları tapıb qınadıq ki, kim sizə icazə verib ki, bizdən xəbərsiz bizim mülkümüzü girov qoyub pul götürmüsünüz. Baxıb gördük ki, bunlarla söhbət etməyin mənası yoxdur. İmişli rayon prokurorluğuna ərizə ilə şikayət etdik, prokurorun köməkçisi onlara zəng vurub bildirdi ki, bu adamlarla razılaşın və pullarını qaytarın. Amma bir il də prokurorluqda vaxt itirdik…

Mən, Nizami – 6 yaşımdan atasız və zəhmətlə böyümüşəm. Bu dələduz dəstəsinin 4 ildir ki, bizi bəlaya salmasının bir nəticəsi olacaq. Bu insanların məsuliyyətə cəlb edilməsini, evlərimizin onların girovluğundan azad edilməsini xahiş edirik.

Hörmətli Mehriban xanım, cənab Baş prokuror, bizi bu dələduzların qanunsuzluqlarından xilas edin”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 //hurriyyet.org//шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024