Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (4-06-2019, 12:59)
Qarabağ qazisi 1-ci vitse prezidentə müraciət etdi

Mediatv.az-ın redaksiyasına Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsi, ev 2A ünvanında yaşayan Məmmədov İlqar Fikrət oğlu tərəfindən müraciət daxil olub.  Azərbaycan Respublikasının 1-ci vitse prezidenti Mehriban xanım Əliyevaya  müraciət edən qarabağ qazisi  yazır:

Hörmətli Mehriban xanım !

Siz Azərbaycana xidmət edərək üzərinizə düşən vəzifələri ləyaqətlə yerinə yetirirsiniz. Siz istər Heydər Əliyev fondunun rəhbəri istər millət vəkili istər UNSESCO - nun  İSESCO - nun xoş məramlı səfiri,  istərsə də 1-ci vitse prezident kimi üzərinizə düşən işlərin, vəzifələrin çətinliyindən ,asanlığından , sadəliyindən, mürəkkəbliyindən asılı olmayaraq, hamısını şərəf və ləyaqətlə, uğurlu və layiqincə yerinə yetirirsiniz. Sizə bundan sonrakı fəaliyyətinizdə də uğurlar arzu edirik. Biz ailəlikcə sizi çox sevirik.
Hörmətli Mehriban xanım !-
. Mən Məmmədov İlqar Fikrət  oğlu. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  mərdliklə  vuruşmuş, xəsarət alan  ‘Qarabağ’  qazisiyəm. Heydər Əliyevçiyəm. Eyni zamanda Heydər Əliyev siyasətinə ləyaqətlə xidmət etmişəm. Dövlətimizin qurulmasında  1993-cü il tarixində Lənkəran hadisələrində Azərbaycanın  suverənliyi, müstəqilliyinə  qarşı, baş verən dövlət  çevirilişinə cəhdin  qarşısının  alınmasında  fəal iştirak  edən,əzab əziyyət çəkmiş insanlardan biriyəm. Qarabağ qazisi və 1-ci qurup əliləm.
      Hörmətli Mehriban xanım !-
 Mən  Sizin səxavətinizə inanaraq bu məktubu yazıram. Mən hal-hazırda hər iki böyrək çatışmamazlığından  əziyyət çəkirəm. Daxili İşlər Nazirliyinin Hospitalında 1, 3, 5 - ci günlər (Hemodializ seansı alıram). Günü gündən zəifləyir halsızlaşıram ölümə doğru gedirəm. Maddi cəhətdən imkansız ailəyik.Həyat yoldaşımda 2-ci qrup əlildir. Mən  bu həyata və gələcəyə olan inamımı itirməmişəm. Bunun üçün də göydə Allah, yerdə Sizdən köməklik gözləyirəm. Həyatımı davam etdirmək üçün,  sağlamlığıma qovuşmaq üçün, böyrək  transplantasiyası əməliyyatına ehtiyacım var.Bu əməliyyatı həyata keçirmək üçün maddi yardıma ehtiyacım var. Çox xaiş edirəm mənə  köməklik edin, sağlamlığıma qovuşum. Ancaq böyrək köçürülməsi ilə sağalmağım mümkündür.Bunun üçün nə donorum yoxdur nədəki pulum. Donorum olmadığına görə əziyyət çəkirəm. Odur ki  mənim müraciyyətimi nəzarətinizə götürərək köməklik göstərməyinizi Sizdən çox xaiş edirəm.       Vətən üçün dövlət üçün torpaq üçün döyüşən xəsarət alan və sağlamlığını itirən Qarabaq qazisinə Siz sahib çıxmasanız xəsarət alana  sağlamlığını itrənə siz yardım etməsəniz Sizdən başqa mənə kim yardım edəcək? Mən inanıram ki, siz mənə köməklik edəcəksiniz . Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm.
 
 шаблоны для dle 11.2

Xəbər lenti
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025