Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 08:12)
"Proses sadəcə “axşam repetitorluğu” kimi davam edəcək" - Əməkdar müəllimdən yeni qərara REAKSİYA

 "Elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin dərs yükünü 18-24 saata salmaq və qalan vaxtı məktəbdaxili fəaliyyətə yönəltmək barədə açıqlaması doğru istiqamətdir, çünki saathesabı sistem illərdir həm maaşları, həm də peşə nüfuzunu aşağı salıb".
Bu fikirləri Redaktor.az-a keçmiş deputat, Əməkdar müəllim Sona Əliyeva elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin dərs yükünün 18-24 saat olacağı ilə bağlı verdiyi açıqlamadan qeyd etdi.
Keçmiş deputatın fikrincə, bu qərarın real nəticəsi onun necə tətbiq olunacağından asılıdır:
"Bu model kağız üzərində “könüllü” olsa da, praktikada müəllimləri seçim qarşısında qoya bilər: ya tam ştat işləmək, ya da sistemdən kənarda qalmaq riski. Repetitorluğun azalması yalnız o halda mümkün olacaq ki, məktəblərdə əlavə məşğələ və fərdi dəstək üçün real şərait - kabinet, resurs, infrastruktur - yaradılsın. Əks halda proses sadəcə “axşam repetitorluğu” kimi davam edəcək".
Sona Əliyevanın fikrincə, sertifikasiyada yüksək bal mütləq yüksək pedaqoji keyfiyyət demək deyil:
"Sistemin yaxşı müəllimi rəqəmlə yox, sinifdəki real təsiri ilə ölçməyə ehtiyacı var. Mən hesab edirəm ki, bu addım doğru ola bilər, amma yalnız bir şərtlə: əvvəlcə müəllimin işləyə biləcəyi şərait, resurs və aydın iş bölgüsü yaradılmalıdır. Əks halda, bu islahat forma dəyişəcək, mahiyyət isə olduğu kimi qalacaq".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
14 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025