Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (9-07-2024, 12:48)
Deputatlığa namizəd növbəti dəfə hakim qarşısına çıxarıldı – 155 minlik dələduzluq

Deputatlığa namizəd növbəti dəfə hakim qarşısına çıxarıldı
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Sambo və Kikboksinq Federasiyalarının sabiq vitse-prezidenti Səbuhi Rəcəbin (Vaqifoğlu) və idmançı Elman Mirzəyevin cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib. Hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən Səbuhi Rəcəbin vəkili iştirak etməyib.

Musavat.com xəbər verir ki, vəkil 3-cü dəfədir ki, iclasa qatılmır, bu səbəbdən də iclas hər dəfə təxirə salınır.

Sonuncu iclas da istisna olmayıb. Hakim məhkəmənin növbəti – 4-cü hazırlıq iclasını iyulun 15-nə təyin edib. İttihama görə, Səbuhi Rəcəb 2021-ci ildə gəlinini amansızlıqla öldürən 75 yaşlı İdris Məhərrəmovun yaxınlarına qarşı dələduzluqda ittiham olunur. O, hazırda digər dələduzluq ittihamı üzrə həbsdədir.

İdris Məhərrəmovun qohumlarını aldatması isə onun cinayət törətməsindən sonraya təsadüf edib. 3 il əvvəl İdris Məhərrəmov 32 yaşlı gəlini Banu Məhərrəmovanı balta ilə doğrayıb, hissələri torbaya yığıb zibil qabına atmışdı. Həbsindən sonra onun yaxınları istintaq dövründə ev dustaqlığına buraxılması üçün yollar axtarıblar. Həmin vaxt Səbuhi Rəcəblə tanış olublar. İdris Məhərrəmovun qızının əri Azər Ələkbərov bu məsələdə vasitəçilik edib. Razılaşmaya əsasən Səbuhi Rəcəb İdris Məhərrəmovu ev dustaqlığına buraxdırmalı və gələcəkdə məsuliyyətini yüngülləşdirəcəyini vəd edib. Təqsirləndirilən idmançı bu məsələlərin həll edilməsi üçün ayrı-ayrı vaxtlarda qarşı tərəfdən 155 min manat pul alıb. Lakin verdiyi vədə əməl etməyib. Bir müddət sonra İdris Məhərrəmov xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilib. Səbuhi Rəcəb bu dəfə də onun yaxınlarına söz verib ki, apellyasiya məhkəməsi vasitəsi ilə İdris Məhərrəmovun cəzasının şərti cəza ilə əvəz etdirəcək. Apellyasiya məhkəməsi də hökmü qüvvədə saxladıqdan sonra İdris Məhərrəmovun yaxınları aldanıldıqlarını qəbul ediblər. Bundan sonra zərərçəkmiş şəxslər hüquq-mühafizə orqanlarına şikayət ediblər.

Hazırki işdə Səbuhi Rəcəblə bərabər hakim qarşısına çıxarılan Elman Mirzəyev maşın alqı-satqısı ilə bağlı dələduzluqla əlaqəlidir. İdmançılar əlbir olaraq zərərçəkənə “Range Rover” və “Bentley” markalı avtomobillər gətirəcəkləri ilə bağlı yalan vəd verib külli miqdarda pulunu ələ keçiriblər.

Qeyd edək ki, Səbuhi Rəcəb ötən il 3 nəfərə qarşı 341 min manatlıq dələduzluqda təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilmişdi. Elman Mirzəyev isə əvvəl həbs edilsə də, sonradan ev dustaqlığına buraxılıb.

Səbuhi Rəcəb 2003-2006-cı illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində inzibati və cinayət hüququ şöbəsində işləyib. O, 2014-2015-ci illərdə isə Azərbaycan Sambo Federasiyasında Döyüş Sambosu (Kombat Sambo) üzrə vitse-prezidenti, 2018-ci ildən isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti olub. Səbuhi Rəcəb 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024