Kriminal (26-10-2016, 12:51)
Məhkəmələrdə işlərin həll edilməsi ilə bağlı özünü vəkil kimi təqdim edən Nüşabə Baxışova Sumqayıtda 16 nəfərə qarşı ümumilikdə 180 min manat dəyərində dələduzluq edərək vədinə əməl etməyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nüşabə Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən hazırlıq iclasında N.Baxışovanın vəkili Elman Babayev vəsatət verib.
O, cinayət işinin istintaqını aparan müstəntiqin kobud qanun pozuntusuna yol verdiyini bildirib: "İstintaq zamanı Nüşabə Baxışova vəkillə təmin olunmayıb və onun müdafiə hüququ pozulub".
Məhkəmədə işin icraatının dayandırılması və prokurorluğa qaytarılması barədə qərar qəbul edilib. Bundan başqa, müstəntiq kobud qanun pozuntusuna yol verdiyi üçün məhkəmə onun barəsində xüsusi qərar qəbul edib.
Qeyd edək ki, N.Baxışova Sumqayıtda 16 nəfər şəxsə qarşı ümumilikdə 180 min manat dəyərində dələduzluq edib. Belə ki, o, özünü vəkil kimi təqdim edib və həmin şəxslərin işini məhkəmələrdə həll edilməsi barədə vədlər verib. Lakin N.Baxışova vədinə əməl etməyib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024