Sosial (9-07-2024, 11:32)
Elxan Bəşirovun Lerik planları davam edir
Azərbaycanda fəaliyyət göstərən böyük şirkətin sahibi deputatlığa namizəd olacaq. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, “Mətanət A”nın rəhbəri Elxan Bəşirov yaxın günlərdə vəzifəsindən uzaqlaşacaq. Onun yanvarın 15-də bütün işləri rəsmi olaraq qardaşı Fuad Bəşirova təhvil verəcəyi söylənilir. Belə ki, şirkət rəhbərinin 80 saylı Astrara-Lerik seçki dairəsindən namizədliyini irəli sürəcəyi deyilir. Onun məhz bu səbəbdən “Mətanət A”nın prezident postunu tərk edəcəyi bildirilir. Qeyd edək ki, şirkətin başına keçəcək Fuad Bəşirov hazırda “Mətanət A”da vitse-prezident vəzifəsində çalışır.
Onu da bildirək ki, bu E.Bəşirovun ilk vəzifə iddiası deyil. Şirkət rəhbəri 2015-ci ildə sabiq Milli Təhlükəsizlik Naziri Eldar Mahmudova keçən ilin yayında 1 milyon manat verib. Buna səbəb Lerik rayonuna icra hakimi getməsinə eks-nazirin vasitəçilik etməsi və onun haqqında yuxarılara məruzə etməsi olub. Eldar Mahmudovun işdən çıxarılması nəticəsində bu plan alt-üst olub. Elxan Bəşirov batan 1 milyonuna görə isə səsini çıxarmayıb və başının sədəqəsi sayaraq MTN bəlasından canını qurtarmasına şükür edib. Elxan Bəşirov haqda ölkə mediasında yer alan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, o Texniki Universitetin prorektoru olan əmisi Bəşir Bəşirovun oğlu, Rəsul Quliyevin ən yaxın dostu Mərhəmət Bəşirovun yanında mühasib kimi işə başlayıb. Rəsul Quliyev işdən çıxarıldıqdan sonra Mərhəmət Bəşirovun biznesi əlindən alındıqda Elxan Bəşirov əmisi oğluna yalan danışıb, təxminən iki milyon ABŞ dolları çivarında vəsait oğrayıb saxlayıb. Sonra Elxan Bəşirov bu vəsaiti Lerikin sabiq İcra Hakimi Babəli Ağayevlə birlikdə biznesə qoyub. Bəşirovun adına Zərinqala MMC açılır, qalan vəsaitlə isə Rusiyadan taxta vurub İrana, İrandan isə şüşə vurub Azərbaycan bazarlarına çıxarılır. Elxan Bəşirov hər şey onun adına olduğuna görə Babəli Ağayevə atıb sonra 2000-ci ilədək həmin pulla Bakı-Sumqayıt şosesinin 13,5-ci km-də yer götürüb Mətanət-A şirkətinin balaca bir kafel-metlax yapışdırıcısı sexini tikib. Bundan sonra Babəli Ağayev Elxan Bəşirovu dəfələrlə məhkəmələrə versə də əlində heç bir sübut olmadığına görə uduzur. 2001-ci ildə Fərhad Əliyev İqtisadi İnkişaf naziri olandan sonra Elxan Bəşirovun işi daha rahat olur. Bu dəfə Fərhad Əliyevin qardaşı Rafiq Əliyev Elxan Bəşirovun xalasıoğlu Telman Qasımovla ən yaxın dost və tələbə yoldaşı olduqlarına görə hər bir dəstək göstərir. Dövlət hesabına ona güzəştli kreditlər ayrılır. Bundan başqa İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin dövründə Sahibkarlığın inkişafı departamentinin direktoru Əlihüseyin Şaliyev Elxan Bəşirovla şərik olaraq bütün məsələlərdə Elxan Bəşirova yaxından dəstək olaraq, hətta onu Sahibkarlar Şurasına üzv edir. 2005-ci ildə Fərhad Əliyevin həbsindən, Əlihüseyn Şaliyevinsə intiharından sonra Mətanət-A şirkəti tam olaraq Elxan Bəşirova qalıb. Hətta Fərhad Əliyev və Əlihüseyin Şaliyevin həbsindən sonra onlara qarşı prokurorluq orqanlarında ifadə də verib. Bununla da Elxan Bəşirov o dövrdə artıq gips əsaslı zavod olan Avanqard-N-in əsasını qoyur və həmin zavodu işə salandan sonra daha çox qazanmağa başlayır.
Artıq neçə ildir ki, Elxan Bəşirov ikili mühasibat saxlayaraq vergi orqanlarını aldadaraq onlardan milyonlarla vəsaiti gizlətməyə nail olub. Elxan Bəşirov aldatmağa necə vərdiş edibsə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi belə milyonların önündə aldatdı. Belə ki, 30.01.2016-cı il tarixində cənab Prezidenti yeni Ağ Dağ zavodunun açılışında işçilərinə altı yüz manat verdiyini və mövsümü olaraq beş yüz işsizi işlə təmin etməsini bildirdi.Bundan sonra əslində zavodda korrupsiyaya qarşı mübarizə idarəsi, prokurorluq və vergilər nazirliyi yoxlamalara başlamalı, cənab Prezidentə yalan danışdığı üçün Elxan Bəşirova cinayət işi açılmalı idi. Çünki düşünürdüm Vergilər Nazirliyi, baş prokurorluq, korrupsiyaya qarşı mübarizə idarəsi açıb baxar görüm Elxan Bəşirov vergini hər işçiyə görə altı yüz manata uyğunmu ödəyir, Əmək və Əhalinin Müdafiyəsi Nazirliyi açıb baxar görüm Elxan Bəşirov bu günə kimi beş yüz işçiyə görə ödəmə edibmi, Prezidentin təhlükəsizlik xidməti yoxlayıbmı açılış vaxtı orda olan işçilərin hamısı “Ağdağ”da işləyir ya yox. Mətanət A-nın Ağdağ zavodunda işləyən yerli fəhlələr o qədər narazıdırlar ki, həmin açılışa onları dəvət etməyə qorxan rəhbərlik prezidentin qarşısına öz yaxın adamlarını çıxartmaqla hamını aldadıb.
Mətanət A şirkətində baş verən özbaşınalıqlar, Elxan Bəşirovun korrupsiya əməlləri barədə mətuatda dəfələrlə yazılar yazılsa da görəsən prokuror orqanları həmin yazıları araşdırdımı. Araşdırsaydılar onda Elxan Bəşirovun bir qarın yeməyə görə yüzlərlə çinlini, Suriyadan, İraqdan gətirilmə kürdləri istismar etdiyini, şirkətdəki qara mühasibatlığı, işçilərin işdən çıxarilanda depozitlərinin verilməməsilə yanaşı onlardan zorla şirkətin onlara heç bir borcu olmaması əksinə onların şirkətə borcu olması barədə yazılı kağız almasının, eyni tərkibli məhsulun müxtəlif adlarda buraxılaraq alıcıların aldadılmasının şahidi olardılar. Yəni marka siyasəti, bir məhsulu reklam edir daha baha satır digərinin adını dəyişir ucuz satır. Əslində isə hər iki məhsulun adları müxtəlif olsa da, içləri eynidir. Buna misal Ağdağ, Akdəniz, Şpak-f məhsullarını göstərmək olar.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024