Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (5-01-2023, 18:02)
Adı 185 milyonluq qalmaqalda keçən şirkət ləğv olunur

Adı 185 milyonluq qalmaqalda keçən şirkət ləğv olunur
Adı “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə bağlı cinayət işində keçən “Siqma Layn” MMC (VÖEN – 1301328501) ləğv olunduğunu elan edib.
"Mediatv.az"-ın bilgilərinə görə, Yeniavaz.com rəsmi məlumatlara istinadən xəbər verir ki, ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141, ev 8, mənzil 54 ünvanına bildirmələri istənilir.
Məlumat üçün bildirək ki, “Siqma Layn” MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Tblisi peospekti, ev 35, məh. 1033-da yerləşir. MMC-nin nizamnamə kapitalı 100 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Hacıyev Samir İbrahim oğludur.
Qeyd edək ki, ləğv olunan “Siqma Layn” MMC-nin məşhur iş adamı Xaqani Bəşirova məxsus olduğu bildirilir. Bu MMC-nin adı 2 il ərzində Beynəlxalq Bankdan götürülən və geri qaytarılmayan 185 milyon manat kredit işində hallanıb. 2016-cı ildə Baş Prokurorluğun açıqlamasında qeyd olunurdu ki, Xəqani Bəşirov külli miqdarda pul vəsaitini mənimsəmək məqsədilə, Panama Respublikasında qeydiyyata alınmış və özünün direktoru olduğu “Oceanstream INC” şirkəti tərəfindən Azərbaycan Respublikasında qeydiyyata alınmış “General Construction” MMC-nin təsisçilik hüququnu əldə edərək, “Xəzər Menecment Sistems” MMC, “Ceneral Construction” MMC və həmin cəmiyyətin əməkdaşlarının adına rəsmiləşdirilmiş “Aygün İnşaat”, “Aqora”, “Pərvanə”, “Uni Oyl”, “Alfa Layn”, “Beta Layn”, “Kondor Qrup” və “Siqma Layn” MMC-lər tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən (ABB) qanunsuz olaraq alıb və müəssisələrə kredit kimi rəsmiləşdirilib. Daha sonra Xətai Rayon Məhkəməsi bu təqdimata əsasən Bəşirovun həbsinə sanksiya verib. 5 aylıq həbsdən sonra Bəşirov müəmmalı şəkildə azad edilib.
Onu da bildirək ki, hazırda Fransa vətəndaşı olan Xaqani Bəşirov Azərbaycan Heyvandarlıq Assosiasiyasının prezidenti bioloq-alim, akademik Eyyub Bəşirovun oğludur. Xaqani Bəşirov eyni zamanda Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun və Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqas Xanlar Bəşirovun qardaşıdır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025