Sosial (8-07-2024, 21:16)
Bakı şəhərinin Baş planı bu səbəbdən YUBANA BİLƏR: - Həll olunmasa...
Paytaxt Bakı şəhərində uzun müddətdir ki, istismar müddətini bitirmiş binalar və həyat evləri sökülərək yeniləri ilə əvəzlənir. Əlbəttə ki, sökülən evə görə, vətəndaşa kompensasiya ödəniir. Amma tikinti şirkəti və sakinlər arasında verilən kompensasiyanın məbləğinə görə narazılıqlar yaranır. Narazılıqlar davam etdiyi üçün sökülən binaın yenisi ilə əvəzlənməsi prosesi uzanır. Vətəndaş bu gün tikinti şirkəti ilə razlaşa bilmədiyi üçün sökülən binanı tərk etmir.
Bəs bunun səbəbi nə ilə bağlıdır. Problemin həlli istiqamətində hansı addımlarlar atılmalıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, Artıq 2016-cı ildən başlayaraq bu günə qədər paytaxt Bakı şəhərində onlarla istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binaları və fərdi həyat evlərindən ibarət olan yaşayış massivləri sökülərək yeni tikili binalar ilə əvəzlənib:
"Təbii ki, hər hansısa bir çoxmənzilli binanın inşası üçün aidiyyəti dövlət qurumlarından lazımi sənədlər toplusu əldə olunur və icazələr alınır. Daha sonra isə tikinti işlərinə başlana bilər. Xüsusən əgər hansısa bir tikinti işləri yaşayış massivlərini söküb, onun yerində tikilməsi ilə əlaqədardısa, artıq həmin yaşayış massivləri və binaları ilə bağlı aidiyyəti qurumlar tərəfindən rəylər olmalıdır. Bu həmçinin paytaxt Bakının xarici estetik gözəlliyinə xələl gətirən köhnə yaşayış fondunun yenisi ilə əvəzlənməsinə xidmət edir. Başqa bir tərəfdən isə vətəndaşların həyatı üçün təhlükəli olan çoxmənzilli binaların sökülərək daha müasir, tam təmirli və yeni tikili binalar ilə əvəzlənməsinə səbəb olur. Hər hansısa bir çoxmənzilli bina inşa olunarkən aidiyyəti bütün qurumlar tərəfindən sənədlər və icazələr verilsə də, biz bəzi halların şahidi oluruq".
Ekspertin sözlərinə görə, evləri sökülən vətəndaşlar ilə tikinti şirkətləri arasında uzun sürən mübahisələr və məhkəmə çəkişmələri olur:
"Bu tip evləri söküb yerində yeni tikili binaları əvəzləyən şirkətlər sakinlərə əksər hallarda tikdikləri binalardan ümumi sahəsi daha böyük olan və tam təmirli mənzilli evlər verirlər. Onların evləri sökülüb, yeni tikili binalar ilə əvəzlənən günə qədər sakinlərə kirayə pulları və köç xərcləri verirlər. Şahidi oluruq ki, hər hansısa bir binada sakinlərin böyük əksəriyyəti çıxsa da bir neçə sakinin çıxmaması səbəbindən artıq proses uzun aylar yubanır. Yəni şirkət köçən sakinlər qarşısında götürdüyü öhdəliyə əməl edə bilmir. Çünki bir binanın sökülməsi və tikilməsi təxminən 2-3 il müddət çəkir. Sakinlərin bəzilərinin aylarla öz mənzillərindən çıxmaması səbəbindən tikinti şirkətləri köçən sakinlərə hər ay əlavə olaraq kirayə pulu verir və digər xərcləri qarşılayır. Lakin şirkətlər prosesin yubanmasına görə sakinlər və aidiyyəti dövlət qurumlar qarşısında götürdüyü öhdəlikləri çıxmayan sakinlər ucbatından yerinə yetirə bilmirlər".
Elnur Fərzəliyev bildirib ki, əgər bir mülkiyyət üzərində digər rəsmi qurumun həmin mülkün qəzalı olması ilə bağlı verdiyi rəy varsa, vətəndaşın mülkiyyət hüququ pozulmadan onun evi başqa bir evlə əvəzlənir, bəlli bir müddət üçün kirayəyə çıxmalı olur:
"Ərazi qəzalı və sakinin çıxarışı olsa da, həmin əraziləri tərk edib, bəlli bir müddət kirayə çıxıb, ona yeni tikili binalardan mənzil verilənə qədər gözlənilməlidir. Bu layihələri özəl sektor aparsa da, bu əslində bir dövlət layihəsidir. Həmin tikililərin dövlətin istəyilə sökülüb, yeni binalar ilə əvəzlənməsi gedir. Düşünürəm ki, yaxın gələcəkdə söküntülər, razılaşmalar ilə bağlı hər hansı bir yeni qanun layihəsi hazırlanmalıdır. Əks halda Bakı şəhərinin Baş planının hazırlanması işində çox böyük yubanmalar baş verə bilər. Köhnə binaları söküb, yeni tikili binalar ilə əvəzləyənlər dövlət deyil, özəl sektordur. Bu baxımdan özəl sektora dövlət dəstəyi olmasa Bakıdakı qəzalı binalar daha da qəzalı vəziyyətə gəlib çıxacaq. Bu isə gələcəkdə böyük fəlakətlər yarada bilər".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024