Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (4-07-2024, 17:12)
Nazir müavinin oğlu bu quruma 10 ton adblue satacaq

Nazir müavinin oğlu bu quruma 10 ton adblue satacaq
Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyevə məxsus "Technoil" MMC Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin keçirdiyi kotirovka sorğusunun qalibi seçilib.

Qaynarinfo xəbər verir ki, sorğu dizel yanacaq qatqısının (adblue) satın alınması ilə bağlı keçirilib.

Məlum olur ki, qurum şirkətdən 10 ton adblue alacaq. Bunun müqabilində şirkətə 14 986 manat ödəniləcək.

"Technoil" MMC 10 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 11 688 495 manatdır. Hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, məhəllə 76-da yerləşən MMC-nin qanuni təmsilçisi Cəlilov İlqar Nəsir oğludur. O, cari ilin fevral ayından şirkəti təmsil edir. İlqar Nəsirovdan əvvəl "Technoil" MMC-nin qanuni təmsilçisi Zeynalova Rumidə Ağabəy qızı olub.

Orucəli Hacıyevin oğlu Elvin Hacıyev şirkətin təsisçilərindən biridir. O, müsahibələrinin birində "Technoil" bizim ailədən gələn layihədir" deməklə bu iddiaların əsassız olmadığını ortaya qoyub.

"Technoil" MMC ötən 15 satınalma müsabiqəsinin qalibi seçilib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024