Karusel (14-06-2023, 21:47)
Qudası həbsdə olan nazir müavini `GÜL VURUR`... - İLGİNC FAKT
Oğuz Suvarma Sistemləri İdarəsi maşın və mexanizmlər üçün yağ və sürtkü materiallarının satın alınması ilə bağlı kotirovka soruğusuna yekun vurub.
Mediatv.az Qaynarinfo-ya istinadla xəbər verir ki, sorğusunun qalibi "Technoil” MMC olub. Tərəflər arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 36.915,12 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, 10 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 11 688 495 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, məhəllə 76-da yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalova Rumidə Ağabəy qızıdır.
"Technoil” MMC-nin həmtəsisçilərindən biri fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyevdir.
Elvin Hacıyev müsahibələrinin birində "Technoil” MMC ilə bağlılığını gizlətməyib. "Technoil” bizim ailədən gələn layihədir”, deyə o bildirib.
Bir neçə gün əvvəl "Technoil” MMC-nin məhkəməyə verildiyi məlum olub. Şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati iş başlanıb və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. İşə hakim Rövşən Xəlilovun sədrliyi ilə baxılacaq.
Mediatv.az xatırladır ki, Orucəli Hacıyevin qudası dünən həbs olunub: Bəs generalın taleyi NECƏ OLACAQ? - AKTUAL
Görünəni odur ki, belə bir həbs qərarı belə Orucəli Hacıyevi DURDURA BİLMİR..
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024