Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (24-05-2024, 11:30)
Məhkəmə dövlət büdcəsindən 1 milyona yaxın pul mənimsəyən şəxslə bağlı qərar çıxardı

Məhkəmə dövlət büdcəsindən 1 milyona yaxın pul mənimsəyən şəxslə bağlı qərar çıxardı
Ali Məhkəmədə 2021-ci ildə açılan cinayət işi üzrə dövlət büdcəsindən 1 milyon manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilən Mahir Əbdürəhimovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, Əbdürəhimov Mahir Şahbaz oğlu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyərkən müxtəlif ünvanlarda şəxsən və qeyriləri vasitəsi ilə ümumilikdə 393 nəfərdən ibarət ayrı-ayrı vergi ödəyicilərinin ödənişlərini onların adından daha sürətli və ödəyicilər üçün rahat şəkildə dövlət büdcəsinə ödəyəcəyini bildirməklə aldığı cəmi 820 min manat təşkil edən pul vəsaitlərini büdcəyə ödəmədən şəxsi ehtiyaclarına sərf etmiş, habelə törətdiyi cinayət əməllərini gizlətmək məqsədilə eyni məbləğdə ödənilmiş vergi və dövlət rüsumlarını azaldaraq həmin şəxslərin şəxsi hesab vərəqələrində əks etdirməklə işlədiyi dövlət qurumunun rəsmi informasiya resursu hesab olunan proqram təminatına yalan məlumatlar daxil edib.

Qeyd edilən qanunsuz əməlləri ilə Mahir Əbdürəhimovun Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə ibtidai istintaq zamanı vurulmuş maddi ziyandan 271 min manatının ödənilməsi təmin edilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024