Mədəniyyyət (7-12-2022, 13:50)
Nadir Şəfiyevin qadını şantaj edən oğlu ilə bağlı QƏRAR
Ali Məhkəmədə Azərbaycan Dövlət Televiziyasının (AzTV) keçmiş xanım jurnalistini intim görüntüləri ilə şantaj etməkdə təqsirləndirilən “CBC sport” kanalının sabiq operatoru Yusif Şəfiyevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yusif Səfiyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə hökmü dəyişməyib. Daha sonra Yusif Səfiyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Cinayət işi materiallarında qeyd olunub ki, o, qadına məxsus olan “Mitsubishi Eclipse” markalı avtomobili şantaj edərək ondan istəyib. O, qadının barəsində rüsvayedici məlumatları sosial şəbəkələrdə və mətbuatda yayacağı ilə hədələyib. Təqsirləndirilən şəxs bu taktika ilə ondan müxtəlif vaxtlarda ümumilikdə 6726 manat pul alıb.
Qadının şikayəti əsasında Yusif Şəfiyev həbs edilib.
Məhkəmədə ifadə verən Yusif Şəfiyev özünü təqsirli bilməyib. O, məhkəmədə deyib ki, heç zaman qadından pul tələb etməyib.
Xatırladaq ki, Yusif Şəfiyev “ARB 24” telekanalının sabiq rəhbəri Nadir Şəfiyevin oğludur. Nadir Şəfiyev AzTV, İTV, “Türkel TV” və “ARB 24” televiziyalarında müxtəlif vəzifələr tutub. 2018-ci ilin sentyabr ayında “ARB 24” telekanalının rəhbəri vəzifəsindən çıxarılıb.
Daha sonra İsmayıllı rayon Basqal bələdiyyəsinin sədri işləyən Nadir Şəfiyev bu hadisədən sonra ərizə yazaraq vəzifəsinin icrasını dayandırıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024