İqtisadiyyat (6-11-2019, 18:30)
Nazirliyin şikayəti əsasında bu şirkətin əmlakı hərraca çıxarılacaq

Mediatv.az xəbər verir ki, iddiaçı “Zaqatalakəndnəqliyyat” ASC-nin 10.04.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 2424,37 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 3000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbi irəli sürüb.
Vergilər İdarəsi tələbini belə əsaslandırıb ki, vergi ödəyicisi olan hüquqi şəxs “Zaqatala-kəndnəqliyyat” ASC Azərbaycan Respublikası Vergilər Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə vergi borcu yaranıb.
Yaranmış borc məbləğinin beş gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə vergi ödəyicisinə bildiriş göndərilib, lakin cavabdeh borc məbləği yenə də ödəməyib.
Məhkəmə verilən iddianın təmin edilməsi barədə qərar çıxarıb. Qərara əsasən, cavabdeh “Zaqatala-kəndnəqliyyat” ASC-nin 3000 manat məbləğində siyahıya alınmış əmlak ixtisaslaşdırılmış açıq hərracda satılacaq.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025