Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (24-06-2023, 09:15)
Qaxda bir qrup valideyn məktəb qarşısında etiraz aksiyası keçirib - VİDEO

Qaxda bir qrup valideyn məktəb qarşısında etiraz aksiyası keçirib
Qaxda bir qrup valideyn Vaqif Əliyev adına 3 saylı orta məktəb qarşısında etiraz aksiyası keçirib.

Valideynlər bu ilin mart ayında təmir məqsədilə fəaliyyətini dayandıran məktəbin lisey olaraq fəaliyyətə başlamasına etiraz edir.

Onlar deyir ki, əvvəlcə məktəbin təmirdən sonra fəaliyyətini davam etdirəcəyi bildirilsə də, iyunun 18-i məktəb binasının təmirdən sonra lisey kimi fəaliyyət göstərəcəyi açıqlanıb. Şagirdlərin isə başqa məktəblərdə təhsilini davam etdirə biləcəyi söylənib. Üstəlik məktəbin müəllim və şagird heyəti başqa məktəbin ehtiyat binasına köçürülüb.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məsələnin araşdırılacağı bildirilib.

Məktəbin qarşısındakı məlumat lövhəsində tikinti sifarişçisinin Heydər Əliyev Fondu olduğu yazılıb.

Ərazidə çəkiliş olduğunu görən fəhlələr daha sonra məlumat lövhəsini götürüblər.
Ora gələn polis aksiya iştirakçılarını ərazini tərk etməyə çağırıb.
Çəkilişə mane olmağa çalışan polis, daha sonra bir neçə valideyni məktəb ərazisinə apararaq Regional Təhsil idarəsinin Qax rayon koordinatoru ilə görüşdürüb. Lakin bundan sonra da, valideynlərə heç bir məlumat verilməyib.
Meydan TV



шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025