Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (14-04-2014, 21:36)
Xətainin icra başçısı məktəbin həyətini satdı

 

Razim Məmmədov addımı müəllimləri və valideynləri ayağa qaldırdı

Aznews.az-ın məlumatına görə, Bakının Xətai rayonu 245 saylı orta ümumtəhsil məktəbinin müəllimləri və şagirdlərin valideynləri Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirməklə bağlı qərar qəbul ediblər. Etirazçılar 2 il əvvəl bu təhsil ocağının təmiri ilə bağlı təsdiqlənmiş layihənin hələ də icra olunmamasından narazıdırlar.

Aksiya təşkilatçıları bildiriblər ki, təmir işlərinin başlanmasına Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov imkan vermir: “İcra başçısı məktəbin təmir edilməsinə imkan vermir. Bizdə olan məlumata görə, bunun səbəbi məktəbin ərazisinin bir tikinti şirkətinə satılmasıdır. Elə buna görə də məktəbin nəinki təmir edilməsi, əksinə söküləcəyi gözlənilir. Bizdə olan məlumata görə, yaxın vaxtlarda məktəbin ərazisində çoxmərtəbəli binanın inşasına başlanılacaq”.

Valideynlər həmçinin qeyd ediblər ki, sabah Təhsil Nazirliyinin qarşısına toplaşacaqlar. Bundan əlavə, etirazlarını daha da ictimailəşdirilmək üçün televiziya kanallarını çəkiliş aparılması üçün məktəbə dəvət edəcəklər.

Qeyd edək ki, 245 saylı orta məktəb Bakının ən nümunəvi təhsil müəssisələrindən hesab edilir.

 

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024