Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (5-05-2022, 20:27)
Cəlilabadın Üçtəpə kənd məktəbi hər an uça bilər

 Dərs saatında getməsəydik, buranın tərk edilmiş xaraba bir məktəb olduğunu düşünərdik. Amma şagirdlərin dərsdə olduğunu görəndə yanıldığımızın şahidi olduq. Söhbət şəhid Həmid Poladov adına Cəlilabad rayon Üçtəpə kənd 2 nömrəli ümumi orta məktəbindən gedir.

Məktəbin tavan və döşəməsi uçuq, partaları isə sınıq-salxaq vəziyyətdədir. Şagirdlər isə illərdir bu vəziyyətdə təhsil almağa məcburdurlar. Valideynlər deyirlər ki, yağış-qar yağanda sinif otaqları damır, istilik sistemi haqqında isə heç danışmağa dəyməz.

Üçtəpə kənd sakini Piriyev Fərahim bildirir ki, bura məktəb demək olmaz, çünki bina çox bərbad vəziyyətdədir. Burada hər an uçqun ola bilər.

Problemlə bağlı sözügedən məktəbin direktoru Amalya Abbasova ilə də danışdıq. Direktor deyir ki, şəhid Həmid Poladovun adını daşıyan 2 nömrəli ümumi orta məktəb uyğunlaşdırılmış binada yerləşib. Bina əvvələr ticarət obyekti kimi fəaliyyət göstərib. 1995-ci ildən isə burada 2 saylı məktəb fəaliyyətə başlayıb.

O gündən məktəb fəaliyyətini davam etdirsə də, bina təmir edilməyib. Məktəbin yararsız olması haqda müvafiq qurumlara dəfələrlə məlumat verilib. Təhsil Nazirliyindən məktəb binasına baxış da keçirilib və yeni məktəb binasının tikilməsi nəzərdə tutulub.

Valideynlər deyirlər ki, şagirdlər üçün çətinlik yaradan problemlərdən biri də məktəbin ümumorta təhsilli olmasıdır. Uşaqlar 10-11-ci sinifdə təhsil almaq üçün qonşuluqdakı 1 saylı məktəbə getməlidirlər.

Bu da qış aylarında məktəblilər üçün əlavə problemlər yaradır.

Reallıq isə göz qabağındadır. Özündə təhlükə yaşadan bu məktəbdə hazırda 300-ə yaxın şagird təhsil alır. Onların can təhlükəsizliyi üçün isə heç kəs təminat verə bilməz. //bizim.media//
 шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024