Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (22-04-2020, 20:51)
Ağdamda 15 il əvvəl tikilən məktəb çökür

 Ağdam rayonu Alıbəyli-2 qəsəbəsində cəmi 15 il əvvəl inşa edilən məktəb binası uçmaq təhlükəsi ilə üz-üzədir.

Yenicag.az-ın məlumatına görə, bu ilin yanvar ayında mütəxəssislər tərəfindən xüsusi yoxlama aparıldıqdan sonra məktəb binasının qəzalı vəziyyətdə olmasına dair rəy verilib.

Məktəbdə dərslərin keçirilməsinin təhlükəli olduğu üçün Fövqəladə Hallar Nazirliyi (FHN) ərazidə çadırlar qurub. Qış tətilindən sonra dərslər həmin çadırlarda davam etdirilib.

Müəllimlərin sözlərinə əsasən, yeni məktəbin inşa ediləcəyi barədə vəd verilsə də, bu istiqamətdə hələ heç bir addım atılmayıb. Məktəb rəhbərliyi ilə qəsəbə sakinlərinin müvafiq qurumlara ünvanladıqları suallar isə cavabsız qalıb.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Təhsil Nazirliyi İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov həmin məktəbin qəzalı vəziyyətə düşməsindən xəbərdar olduqlarını bildirib:

“Problem haqqında məlumatımız var. Həmin məktəb artıq investisiya proqramına salınıb. Ancaq yeni məktəb binasının tikintisinə nə vaxt başlanacağını dəqiq deyə bilməyəcəm”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024