Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Karusel (25-06-2014, 23:55)
Siyasətçilərimizin Ramazan niyyəti nədir?-SORĞU

 

 

Mübarək Ramazan ayının ilk günü miladi təqvimlə iyun ayının 29–na təsadüf edir. İyunun 28-i orucluğun niyyət gecəsidir.

Mediatv.az-ın əməkdaşı azərbaycanlı siyasətçilərin bir qismindən niyyətlərinin nə olduğu haqqında sorğu keçirib. Siyasətçilərimizin əsas arzuları Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır.

 

Millət vəkili Aqil Abbas hər səhər və axşam niyyət tutur:

 

“Xüsusilə hansısa gün niyyət tutan adam deyiləm. Yalandan nə deyim ki, oruc da tutmuram, namaz da qılmıram. Mənim işim yazı yazmaqdır. Arzu edirəm ki, Qarabağ problemimiz tezliklə həll olunsun. Bu niyyəti hər gün səhər və axşam  edirəm. Xüsusilə ayın 28-i olmasını gözləmirəm”.

 

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili  Aydın Mirzəzadənin niyyəti çoxşaxəlidir:

 

“Niyyətim ilk olaraq torpaqlarımızın tezliklə işğaldan azad edilməsi, hər bir evdə xoşbəxtçiliyin, əmin-amanlığın olması, gənclərin  öz arzularına çatması, yaşlıların sağlam yaşaması, ölkəmizin daha da inkişaf etməsidir”.

 

Politoloq Ərəstun Oruclunun niyyəti bu günü ilə bağlı deyil:

 

“Niyyətim odur ki, ölkəmizdə baş verən gərgin siyasi hadisələr səngisin və mən öz qocalığımı rahat keçirib, istirahət edim”.

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycanın bugünkü gününün davamlı olmasını arzulayır:

 

“Arzu edirəm ki, Azərbaycan bugünkü kimi sabit, firavan, əmin-amanlığın olduğu ölkə kimi qalsın və daima inkişaf etsin”.

 

Politoloq Fərhad Mehdiyev isə hesab edir ki, niyyət məsələsi insanla Allah arasındadır. Bunu kənar şəxslərin bilməsi doğru deyil. Ancaq o, ümumi niyyətlərini bizimlə də bölüşüb:

 

“İstəyim Azərbaycanımızı müstəqil və mədəni dünya ölkələri ilə eyni standartlarda görməkdir”.

 

 

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı:

 

“Niyyətim Azərbaycan xalqını azad, demokratik bir cəmiyyətdə yaşamasını istəməkdir”.

 

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin niyyəti üç sözdən ibarətdir:

 

“Qarabağ azad edilsin”.

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu öz niyyətini Qarabağ blokunun adından söylədi:

 

“Niyyətimiz xalqımızın, dövlətimizin,  əmin-amanlığı,  rifahı, təhlükəsizliyi, inkişafı və milli problemlərinin həllidir”.

 

AXCP sədrinin müavini Razi Nurullayev bildirib ki, şəxsi niyyəti barəsində danışa bilməz:

 

“Ancaq həmişə  Azərbaycanı  tam olaraq, demokratikləşmiş və  azad cəmiyyət qurmuş Avropa ölkəsi kimi görməyi  arzu edirəm.  Arzu edirəm ki, vətəndaşlarımız Avropaya yaxşı yaşayış arxasınca getməsinlər.  Niyyətim odur ki, insanlar daha yaxşı təhsil dalınca digər ölkələrə səfər etməsinlər. Elə bir Azərbaycan görmək istəyirəm ki, başqa ölkədə yaşayan insanlar bura daha da yaxşı yaşamaq üçün gəlsinlər”.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024