Sosial (Dünən, 21:56)
Aqrar Xidmətlər Agentliyindən 348 min manatlıq "təmir" əməliyyatı: "Toyota Camry" üçün xüsusi sifarişlər
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi nəqliyyat vasitələrinin cari təmiri xidmətlərinin satın alınması üçün irimiqyaslı tender elan edib.
32gun.az xəbər verir ki, bu satınalmanın ehtimal olunan qiyməti 347.712,96 AZN təşkil edir.
Qurumun tabeliyindəki mərkəzləri də əhatə edən bu tender sənədlərində xüsusilə 10 AA 693 dövlət nömrə nişanlı, 2017-ci il istehsalı olan "Toyota Camry" markalı avtomobilin texniki qulluq ehtiyacları geniş yer alıb. Məlumata görə, sözügedən avtomobil üçün 18 litr 5W30 mühərrik yağı, 6 litr sürətlər qutusunun yağı, eləcə də bir neçə dəst yağ, hava və yanacaq filtrlərinin alınması və dəyişdirilməsi nəzərdə tutulur. Eyni zamanda həmin nəqliyyat vasitəsinin elektrik sisteminin diaqnostikası, stablizatorların yenilənməsi, yanacaq nasosunun və şamların dəst halında dəyişdirilməsi də sifariş edilən xidmətlər arasındadır.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinə Məcnun Məmmədov, Aqrar Xidmətlər Agentliyinə isə Sərdar Hacıyev rəhbərlik edir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
1 03 2026
1 03 2026
1 03 2026
1 03 2026
1 03 2026
1 03 2026

























