Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Redaktor seçimi (Dünən, 23:46)
XƏTAİ RAYONUNDA AĞAC SOYQIRIMI– RAFİQ QULİYEV NİYƏ SUSUR?

 


Xətai rayonu, Sarayeva küçəsində baş verənlər təkcə bir tikinti məsələsi deyil – bu, açıq-aşkar qanunların tapdanması və yaşıllıqların məhv edilməsidir. Ərazidə ağacların kəsilərək yerində obyekt inşa olunması faktı ciddi narahatlıq doğurur. Hazırda isə həmin tikilidə təmir işləri aparılır. Peyk görüntüləri müqayisə olunsa, ərazidə mövcud olmuş yaşıllığın necə yoxa çıxdığı aydın şəkildə görünər. Sual yaranır, rayonun birbaşa nəzarətində olan ərazidə bu özbaşınalıq necə baş verib? Rafiq Quliyevin rəhbərlik etdiyi Xətai rayonunda ağacların kəsilməsi, yerində obyekt ucaldılması və bu prosesin açıq şəkildə davam etməsi ya ciddi səhlənkarlıqdır, ya da göz yumulmuş qanunsuzluqdur. Mediatv.az xəbər verir ki,Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən, yerli icra hakimiyyətləri ərazilərində aparılan tikinti işlərinə nəzarəti təmin etməli, qanunsuz tikintiləri dərhal dayandırmalı və hüquqi tədbirlər görməlidirlər. Bu, tövsiyə deyil – vəzifə borcudur.

Bəs Sarayeva küçəsində nə baş verir?

Əgər tikinti qanunidirsə, ağacların kəsilməsi üçün hansı qurumdan icazə alınıb, ekoloji rəy varmı, layihə sənədləri qaydasındadırmı? Əgər qanunsuzdursa, niyə dayandırılmır? Rayon icra hakimiyyəti ərazidə monitorinq aparmırmı? Yoxsa aparır və görməməzlikdən gəlir? Bu suallar birbaşa icra başçısının məsuliyyət dairəsinə daxildir. Paytaxtın mərkəzi rayonlarından biri olan Xətai rayonunda yaşıllığın məhv edilərək kommersiya obyektinə çevrilməsi cəmiyyətə açıq mesajdır: “İstəyən kəsə bilər, istəyən tikə bilər.” Əgər bu tendensiya davam edərsə, sabah hansı küçədə, hansı parkda eyni mənzərə ilə qarşılaşacağıq? Yaşıllıq fondunun qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkə rəhbərliyi dəfələrlə ekoloji tarazlığın qorunmasının vacibliyini vurğulayıb. Bu siyasət Xətai niyə icra olunmur? Sarayeva küçəsində baş verənlər ya dərhal araşdırılmalı, qanunsuzluq varsa obyekt sökülməli, məsul şəxslər barəsində tədbir görülməlidir, ya da ictimaiyyətə rəsmi və əsaslandırılmış izahat verilməlidir.
Sükut isə ən təhlükəli cavabdır.

 Qarşı tərəfin cavab haqqını tanıyırıq.
   Mediatv.az
   шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
2 03 2026
2 03 2026