Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (25-05-2014, 11:30)
Azərbaycanın bütün pulu ABŞ-da saxlanılır

“Qarabağ məsələsi həll olan kimi Rusiya bizim üçün heç bir maraq kəsb etməyəcək”.   Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vəfa Quluzadə deyib.    O, Azərbaycanın Gömrük İttifaqına daxil olacağına inanmadığını bildirib:   “Azərbaycanın Qərblə çox inkişaf etmiş əlaqələri var. Oriyentasiya dəyişmək asan məsələ deyil. Rusiyaya tərəf keçmək ona görə mümkün deyil ki, 20% torpağımızı işğal edib, Qarabağ məsələsinin həllinə maneçilik törədir, atəşkəs xəttini daim od içində saxlayır. İndi biz nə cür Gömrük İttifaqına gedə bilərik? Mən bunların heç birinə inanmıram”.    ABŞ-Rusiya savaşı iyulda bitəcək   Politoloq Qərblə Rusiya arasında qarşıdurmanın olmayacağını deyib:   “İndi vəziyyət dəyişib. Hazırda bəlkə də ABŞ hərbi bazalarının Azərbaycan ərazisində yerləşdirilməsi fikrinə ehtiyac da yoxdur. Mən hesab edirəm ki, indi Rusiya ilə Qərb arasında olan qarşıdurma təxminən iyula qədər sülhlə həll olunacaq, əlaqələr qaydasına düşəcək. Çünki Rusiya da Qərbdən ayrı dolana bilməz. Rusiya dünya iqtisadiyyatının bir hissəsi olub və oradan çıxıb heç vaxt SSRİ ola bilməz. Bəzi mütəxəssislər deyirlər ki, Rusiya əvvəllər Qərb üçün xammal mənbəyi idisə, indi bu funksiyanı Çin üçün yerinə yetirir. Onun üçün Avropa ilə əməkdaşlıq daha faydalıdır. Çin ilə əməkdaşlığı isə heç kimə maneçilik törətmir. Amma yenidən qarşıdurma və müharibənin olması mümkünsüzdür. Bilirsiniz, Rusiya çox zəifdir”.    Rusiya olsaydı, mən sevinərdim...   Vəfa Quluzadə Qarabağın həll olunmasıyla Azərbaycanın da Rusiyaya marağının itəcəyini qeyd edib:   “Bilirsiniz, sabah Ukraynada prezident seçkisidir. Putinin özü deyib ki, Ukrayna kimi seçsə, mən onunla hesablaşacağam. Yəni Putinin bəyanatları artıq reallıqla hesablaşmaq deməkdir. Putinin marağı Krımda idi. Qərb Krıma göz yuma bilər. Əvəzində isə Putin bütün Ukraynanın Qərbə inteqrasiyasına göz yumacaq. Ona görə də burada Azərbaycanın Rusiyaya gedəsi yolu yoxdur. Əgər belə yol olsaydı, mən çox şad olardım. Məsələn, Rusiya gəlib Dağlıq Qarabağ məsələsini həll etsin, bizim 20% torpaqlarımızı işğaldan azad etsin. Axı Rusiya bunu edən deyil. Çünki bilirsiniz ki, Qarabağ məsələsi həll olan kimi Rusiya bizim üçün heç bir maraq kəsb etməyəcək. Rusiya çökmüş bir ölkədir”.   Qərblə münasibətlərimiz düzələcək   O, Qərblə soyuqlaşan münasibətlərin düzələcəyini söyləyib:   “Biz texnologiyanı da, innovasiyanı da Qərbdən götürürük. Qərblə Azərbaycanın hər cür əlaqələri inkişaf edir. Türkiyənin özünün Qərblə əlaqələri yüksəkdir və NATO-nun müttəfiqdir. Biz özümüz isə Türkiyəni müttəfiq elan edirik. İndi nə edək? Gərək Qərbdən də, Türkiyədən də imtina edib Ermənistanın gününə düşək? Ona görə də bəzi politoloqlar bu məsələnin dərinliklərinə getmirlər. Azərbaycanla Qərb arasında əlaqələr dəfələrlə kəskinləşib və sonunda mülayimləşib. İndi yenə də həminki vəziyyətdir, amma düzələcək”.    Azərbaycan oriyentasiyasını dəyişməyəcək   Politoloq Azərbaycanın yönünü dəyişdirməyəcəyini vurğulayıb:   “Morninqstarın bəyanatı olub, ona da Mehdiyev cavab verib. Ortada iki bəyanat var. Bununla ölkənin siyasi istiqaməti dəyişmir. Azərbaycanın milli maraqları var və o obyektiv əsaslar üzərində inkişaf edir. Rusiyanın bütün valyuta ehtiyatları ABŞ-dadır. Azərbaycanın da bütün pulu ABŞ-dadır. Burada nə oriyentasiya dəyişəcək, nə də biz dəyişəcəyik. Dünyanı idarə edən Obama deyil, dollardır. Dünyanın əsas valyutası odur və hamı dollara oriyentasiya edir. Ona görə də kəskin dəyişikliklər məsələsi gündəmdə yoxdur”. 

 

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024