Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (1-03-2014, 16:08)
Milli Şuradan Avropaya mesaj

 

 

Qurum Avrointqrasiyanın alternativinin olmadığını bəyan etdi


Demokratik qüvvələrin Milli Şurasının mətbuat xidmətindən Moderator.az-a daxil olan pres-relizdə deyilir ki, qurum Avrointeqrasiyanın qatı tərəfdarı kimi çıxış edir:

“Demokratik Qüvvələrin Milli Şurası bəyan edir ki, Avropa hüquqi, siyasi və iqtisadi məkanına inteqrasiya, Azərbaycanın Avropa xalqları ailəsinin tam və bərabərhüquqli üzvünə çevrilməsi  xalqımızın və dövlərimizin ali maraqlarına cavab verən ən düzgün strateji  seçimdir və bu seçimin alternativi yoxdur. Bu təkcə bugünün yox, həm də tarixi keçmişimizin seçimidir. Hələ ötən əsrin əvvəllərində müsəlman Şərq tarixində ilk demokratik respublika yaratmaqla bütövlükdə dünya demokratiya tarixinin ən şanlı səhifələrindən birini yazmış qurucu babalarımız Azərbaycanın azad, xoşbəxt və firavan gələcəyini məhz Avropa ilə yaxınlaşmaqda və əməkdaşlıqda görürdü. 

ADR-in qurucuları cəmi 23 ay ərzində Azərbaycanı insan hüquqları və demokratiya standartları sahəsində hətta Avropanın bir çox ölkələrindən önə çıxarmağa müvəffəq oldular. Üstündən yüz il keçəndən sonra biz nəinki o standartları inkişaf etdirə bilməmişik, əksinə,  bu gün ölkəmizin adı dünya miqyasında korrupsiya və rüşvət qalmaqalları,  ofşor sərvətlər,  inhisarçılıq,  qeyri-məhdud hakimiyyət, seçki saxtakarlığı, qeyri-şəffaf idarəetmə, siyasi təqiblər və siyasi məhbuslar kimi ən neqativ anlayışlarla assosiasiya olunur. Azərbaycanı bu rüsvayçı durumdan çıxarmaq və Azərbaycan insanını layıq olduğu həyata qovuşdurmağın ən optimal yolu ölkəmizin ən qısa zamanda Avropa hüquqi, siyasi və iqtisadi məkanına inteqrasiya etməsi və insan hüquqları, qanunun aliliyi, demokratiya, azad rəqabət və seçim  kimi dəyərlər və prinsiplərin ölkəmizdə həyat normasına çevrilməsidir.

Təəssüf ki, öz hakimiyyət maraqlarını dövlətin və xalqın ali maraqlarından üstün tutan, korrupsiya və rüşvəti əsas idarəetmə mexanizminə çevirən,  inhisarçılığa dəstək verməklə azad rəqabəti və daxili istehsalı boğan və bununla da vətəndaşların rifahını öz sərvət ehtirasına qurban  verən Azərbaycan siyasi rəhbərliyi müxtəlif süni bahanələrlə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycanın Avropa Birliyi ilə daha sıx əməkdaşlığını əngəlləyir, bunun qarşılığında isə heç bir məsuliyyət tutumu olmayan, heç bir öhdəlik ehtiva etməyən mücərrəd Strateji Əməkdaşlıqdan söhbət açır. Daim Azərbaycanın analoqu olmayan inkişafından danışan hakimiyyət mənsubları Dünya Ticarət Təşkilatına üzvlük məsələsində ölkəmizi hələ inkişaf etməmiş,  inkişafda olan ölkə kimi təqdim etməkdən belə çəkinmirlər.

Demokratik Qüvvələrin Milli Şurası olaraq biz, Azərbaycan siyasi rəhbərliyini xalqımızın və dövlətimizin ali maraqlarını öz şəxsi hakimiyyət maraqarının girovuna çevirmək siyasətinə son qoymağa çağırırıq. Azərbaycan ən qısa  zamanda Avropa Birliyi ilə Assosiasiya və Azad Ticarət Sazişi imzalamağa hazırlanmalıdır. 

Bunun üçün Avropa Birliyi ilə əməkdaşlıq dərinləşməli, Avrointeqrasiya siyasətinin zəruri şərtləri olan köklü demokratik islahatlar həyata keçirlməlidir.  Azərbaycan xalqı daha yaxşı rifaha, daha şəffaf idarəetməyə, tərəqqiyə və inkişafa, daha azad və demokratik cəmiyyətə və Avropa xalqları ailəsinin bərabərhüquqlu üzvü olmağa layiqdir. Xalqımız tezliklə bu haqqına qovuşmalıdır və qovuşacaqdır”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024