Karusel / Redaktor seçimi (Dünən, 22:14)
Dövlət ərazisi, amma nəzarətsiz tikinti – Binəqədidə qanun niyə işləmir?-VİDEO
Binəqədi rayonu, Mehdabad yolu 92A ünvanında – Turan küçəsi ilə kəsişmədə yerləşən və SOCAR-ın balansında olduğu bildirilən ərazidə qanunsuz tikinti işlərinin aparılması ilə bağlı redaksiyamıza ciddi məlumat daxil olub. İddialara görə, ərazidə aparılan tikinti işləri üçün müvafiq dövlət qurumlarından heç bir rəsmi icazə alınmayıb.Məlumatda bildirilir ki, tikinti işləri nə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi-nin, nə də Fövqəladə Hallar Nazirliyi-nin müvafiq qurumlarının rəsmi icazəsi olmadan həyata keçirilir. Əgər bu iddialar doğrudursa, söhbət təkcə inzibati pozuntudan yox, həm də ciddi hüquqi məsuliyyətdən gedə bilər.Bəs necə olur ki, paytaxtın mərkəzi rayonlarından birində, dövlət qurumuna məxsus torpaq sahəsində açıq-aşkar tikinti işləri aparılır, amma nəzarət mexanizmləri işə düşmür?
İddialarda o da vurğulanır ki, Binəqədi Rayon İcra Hakimiyyətində tikinti və əraziyə nəzarət məsələlərinə kuratorluq etdiyi deyilən başçının müavini Hacıbaba Babayev bu prosesə nəzarət edən şəxs kimi göstərilir. Əgər doğrudan da icazəsiz tikintiyə göz yumulursa, bu artıq səhlənkarlıq deyil — vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi yaradır.
Mediatv.az bildirir ki, dövlət şirkətinin rəhbəri olan Rövşən Nəcəf-in görəsən bundan xəbəri varmı? SOCAR-ın balansında olan ərazidə aparılan tikintidən qurum rəhbərliyinin məlumatsız olması inandırıcı görünmür. Əgər məlumatlıdırsa — niyə tədbir görülmür? Məlumatsızdırsa — bu, idarəetmədə ciddi boşluq deyilmi? Eyni sual Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev üçün də keçərlidir. Rayonda aparılan hər bir tikinti prosesi icra strukturlarının nəzarət mexanizmlərindən keçməlidir. Əks halda, şəhərsalma qaydaları formal kağız parçasına çevrilir.
Paytaxt Bakıda qanunsuz tikintilərin artması artıq sistemli problemə çevrilib. Bu cür hallara vaxtında müdaxilə edilmədikdə, sabah həmin obyektlərin təhlükəsizliyi, yanğın riski, konstruktiv dayanıqlılığı ilə bağlı faciəvi nəticələr ortaya çıxa bilər.
Redaksiyamız məsələ ilə bağlı adı çəkilən qurumlara rəsmi sorğular ünvanlayacaq. Əgər doğrudan da dövlət torpağında icazəsiz tikinti aparılırsa, bu, təkcə bir obyekt məsələsi deyil — bu, aidiyyatı nəzarət sisteminə açıq meydan oxumaqdır.
Sual isə açıq qalır: Binəqədidə qanun işləyir, yoxsa “icazə” başqa yerdən verilir?
Qarşı tərəfin cavab haqqını tanıyırıq..
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026

























