Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil / Redaktor seçimi (Dünən, 22:44)
Direktor Dərsə Girmir, Amma Maaş Alır? – 22 Saylı Məktəbdə Şok İddialar-VİDEO

 
Redaksiyamıza 22 saylı tam orta məktəblə bağlı ciddi və narahatedici məlumatlar daxil olub. Məktəbdə çalışan müəllimin iddiasına görə, direktor Azər Ələkbərov öz adına dərs saatları ayırsa da, həmin dərslərə faktiki olaraq girmir. İddiaya görə, direktorun dərslərini texniki işçilər,məktəblinin dostu və.s “idarə edir”.
Təhsil nazirliyi araşdırma aparan zaman bu fakt təsdiqini taparsa, söhbət təkcə etik pozuntudan yox, birbaşa vəzifə səlahiyyətlərindən sui-istifadə və əmək funksiyasının icra edilməməsindən gedir.Təhsil haqqında qanunun 4 və 30 maddəsinə əsasən, təhsilin keyfiyyəti və tədrisin təşkili birbaşa təhsil müəssisəsi rəhbərinin məsuliyyətidir.Tədris fəaliyyəti yalnız müvafiq ixtisası və pedaqoji səlahiyyəti olan şəxslər tərəfindən həyata keçirilə bilər.Texniki işçinin,məktəblinin dostunun sinif idarə etməsi qanunsuzdur. Bu, şagirdlərin konstitusion təhsil hüququnun pozulması deməkdir.Əgər direktor öz adına rəsmiləşdirilmiş dərs saatlarını icra etmirsə, lakin həmin saatlara görə əməkhaqqı alırsa, bu artıq maliyyə intizamı və vəzifə səlahiyyətləri ilə bağlı ciddi suallar yaradır.Mediatv.az xəbər verir ki,Əmək Məcəlləsinin Maddə 186 və 187-yə əsasən, əmək funksiyasını yerinə yetirməmək intizam məsuliyyəti yaradır.Əgər direktor dərs saatı rəsmiləşdirib, lakin dərsə girmirsə və buna baxmayaraq əməkhaqqı alırsa, bu, artıq vəzifə səlahiyyətlərindən sui-istifadə və maliyyə intizamının pozulması kimi qiymətləndirilə bilər.Tədris fəaliyyəti yalnız müvafiq ixtisası, pedaqoji təhsili və əmək müqaviləsi olan müəllim tərəfindən həyata keçirilə bilər. Texniki işçinin sinif idarə etməsi qanunvericiliyə ziddir və bu, həm şagirdlərin hüquqlarının pozulması, həm də təhsilin keyfiyyətinə birbaşa zərbədir.

DÖVLƏT MƏKTƏBİ, YOXSA “ÖZƏL KURS MƏRKƏZİ”?

İddialara görə, məktəbin sinif otaqları repetitorluq fəaliyyəti üçün müəyyən “maraqlar” müqabilində verilir. Hətta digər məktəbdən gələn müəllimlərin burada repetitorluqla məşğul olduğu bildirilir. Dövlət əmlakının şəxsi gəlir məqsədilə istifadəsi hansı əsasla həyata keçirilir?Dövlət əmlakının özəlləşdirilməsi haqqında Qanun və mövcud normativ aktlara görə, dövlət əmlakının istifadəsi yalnız qanuni əsaslarla və rəsmi müqavilə çərçivəsində mümkündür.Əks halda inzibati məsuliyyət,maliyyə yoxlaması aparıla bilər.Repetitorluq fəaliyyəti özü qadağan deyil. Lakin dövlət məktəbinin sinif otaqlarının qeyri-rəsmi və maraq müqabilində istifadəsi qanunsuzdur

DƏRS BÖLGÜSÜNDƏ “ŞƏFFAFLIQ”, YOXSA “SEÇMƏ”?

Məlumata görə, hər il dərs bölgüsü obyektiv meyarlarla deyil, şəxsi münasibətlər və maraqlar əsasında aparılır.Halbuki dərs bölgüsü pedaqoji şura qərarı ilə,şəffaf meyarlar əsasında,müəllimlərin ixtisas və yük balansı nəzərə alınaraq aparılmalıdır.Əgər qanunsuzluq varsa, bu artıq idarəetmə böhranıdır.Məsələ ilə bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi məlumatlandırılıb. İctimai maraq doğuran bu iddiaların obyektiv araşdırılması və nəticələrin ictimaiyyətə açıqlanması vacibdir.
Çünki söhbət bir məktəbdən yox, dövlət təhsil sisteminə olan etimaddan gedir.Təhsil müəssisəsi şəxsi biznes platforması deyil.
Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq. 

Mövzu diqqətimizdədir.
 Mediatv.az
 шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
2 03 2026
2 03 2026