Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (1-03-2014, 16:45)
“El”Hərəkatı: “Sərdar Cəlaloğlu qeyri-ciddi adamdır”

 

“Onun fikirlərinə münasibət bildirmək fikrim yoxdur. O, Azərbaycanın simvollarını - Səməd Vurğunu, Məhəmməd Əmin Rəsulzadəni aşağılayırsa, bizi gərək öldürə. Sərdar Cəlaloğlu özü qeyri-ciddi adamdır”


Bunu Mediatv.az-a “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev Sərdar Cəlaloğlunun hərəkat haqqında dediklərinə münasibət bildirərkən deyib. 

O, qeyd edib ki, Sərdar Cəlaloğlu partiyasında iş görsün, sonra “El”i ittiham etsin: “Bir iş görmürsənsə, o zaman “El” Hərəkatı ilə nə işin var?! O, Leninin təbirincə desək, “bir addım irəli, iki addım geri” siyasətini üstün tutub. Yəqin, Sərdar Cəlaloğlu nə demək istədiyimi başa düşər”.

E.Quliyev Eldar Namazov barəsində deyilənlərə münasibət bildirib: “Yaxşı siyasətçi olmaq üçün nümumə göstərsinlər. Düz deyirlər, Eldar Namazov yaxşı siyasətçi deyil, ən yaxşı siyasətçidir. Ona görə də paxıllığını çəkirlər”.

Qeyd edək ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu mətbuata müsahibəsində “El” Hərəkatı rəhbərliyini sərt ittiham edib. ADP sədri bildirib ki, Azərbaycanda siyasətçi olmayana siyasətçi, politoloq olmayana politoloq deyirlər: “İctimai siyasi fəaliyyətlə məşğul olmayan insanların bu cür təqdim edilməsini yanlış hesab edirəm. Bu, ictimai rəyi çaşdırır. Milli Şura yaranan ərəfədə Eldar Namazovun apardığı rolu gördünüz. 20 il mübarizə aparan Əli Kərimli, İsa Qəmbər və başqaları kölgədə qaldı. Əvəzində Eldar Namazov təşəbbüsü ələ aldı. İki ay müddətində də bu ideya iflasa uğradı, verilən vədlər yerinə yetirilmədi. Əslində onlar müxalifətdə real addımların atılmasına imkan vermədilər. 

Mən də bunun təhlükəli olduğunu düşünür və hesab edirəm ki, hər şeyi öz adı ilə çağırmaq lazımdır. Fikrimcə, Namazov yaxşı politoloq, amma pis siyasi liderdir. Onda liderliyə aid heç bir keyfiyyət yoxdur. Şair, rəssam, elə politoloq da istəyir ki, yaxşı siyasətçi kimi tanınsın. Namazov “El” Hərəkatı yaradıb. Baxın görün, o, klassik mənada təşkilat yarada bilibmi? Siyasi lider bir çox mühüm keyfiyyətlərə malik olmalıdır. Bunlardan biri də ətrafında müəyyən adamları birləşdirmək, eləcə də siyasi idarəçilik qabiliyyətidir. “El” Hərəkatı yaranıb, amma nə qeydiyyatdan keçib, nə də iş görə bilir. Mənim bu quruma hər hansı bir iddiam yoxdur. Sadəcə istəyirəm ki, biz hər şeyi öz adı ilə çağıraq”.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024