Karusel / Redaktor seçimi (Bu gün, 20:52)
Müqaviləsiz iş, “card to card” ödəniş – EDUNSTAZ nəyi gizlədir?
Abituriyent, lisey, xarici dil və MİQ hazırlığı üzrə onlayn dərslər təşkil edən EDUNSTAZ (Instagram səhifəsi: edunest.academy) platforması ilə bağlı səslənən iddialar hüquqi baxımdan bir neçə ciddi məsələni gündəmə gətirir.EDUNSTAZ kimi fəaliyyət göstərən platformada müəllimin iddiasına görə, dekabr ayının əmək haqqı ödənilməyib, yanvarın yarısınadək işləməsinə baxmayaraq ümumilikdə təxminən 1,5 aylıq əmək haqqı qalıb.
Mediatv.az bildirir ki,Azərbaycan Respublikasının Əmək Məcəlləsi tələb edir ki, işçi ilə işəgötürən arasında davamlı və sistemli əmək fəaliyyəti varsa, əmək müqaviləsi mütləq qaydada bağlanmalıdır.Əmək müqaviləsi olmadan işçi çalışdırılması inzibati məsuliyyət yaradır və ciddi cərimələr nəzərdə tutur.
Ödənişlərin “kartdan-karta” (card to card) üsulu ilə həyata keçirilməsi əlavə suallar doğurur:Müəllimlərə ödənilən vəsaitlər rəsmi mühasibat uçotuna daxil edilmədiyi,bu ödənişlərdən gəlir vergisi və sosial ödənişlər tutulmadığı anlamına gəlir.Kursa cəlb edilən tələbələrin ödədiyi vəsaitlər rəsmi dövriyyəyə görəsən necə salınır?
Azərbaycan Respublikasının Vergi Məcəlləsi-nə əsasən, sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilən gəlirlər rəsmi uçota alınmalı və qanunvericiliyə uyğun vergi ödənilməlidir. Nağdsız, lakin qeyri-rəsmi “card to card” dövriyyə vergidən yayınma halı kimi qiymətləndirilir. Burada iki əsas istiqamətdə problem görünür:Əmək münasibətlərinin gizlədilməsi, maliyyə dövriyyəsinin şəffaf aparılmaması.Bu, sadəcə daxili mübahisə deyil — dövlət qurumlarının araşdırmalı olduğu məsələdir.Təhsil sektorunda fəaliyyət göstərən hər bir platforma bilməlidir:müəllimin əməyini gizlətmək, vergidən yayınmaq və hüquqi öhdəliklərdən qaçmaq “onlayn kurs” adı ilə leqallaşdırıla bilməz.Redaksiya olaraq yaxın günlərdə aidiyyatı dövlət qurumlarına rəsmi sorğular ünvanlanılacaq.Əmək münasibətlərinin rəsmiləşdirilməsi, vergi öhdəliklərinin icrası və maliyyə dövriyyəsinin qanunauyğunluğu ilə bağlı onların mövqeyini öyrənəcəyik.
Əgər iddialar təsdiqini taparsa, bu, artıq lokal narazılıq deyil — dövlət nəzarətini tələb edən ciddi hüquqi məsələ olacaq.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
24 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026

























