Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Dünən, 22:22)
Aygün Hüseynovanın rəhbəri olduğu 288 saylı məktəbdə nə baş verir?


media-11

 Redaksiyamıza daxil olan şikayətlərə əsasən, təzyiqlər onların Həmkarlar İttifaqı üzvlüyündən çıxmaq istədiklərindən sonra başlayıb.

Belə ki, könüllülük prinsipi əsasında fəaliyyət göstərməli olan həmkarlar ittifaqından çıxmaq qərarı verdikdən sonra onlara qarşı müxtəlif formalarda psixoloji basqılar edilib, iş mühitində gərginlik yaradılıb.

Məsələ ilə bağlı aşağıdakı şəxslər şikayətçi qismində çıxış edir:

Fəttayeva Samirə – müəllim

Qafarova İlhamə – müəllim

Əhmədova Vəsxanım – müəllim

Hüseynova Dilbər – kiçik texniki işçi

Məmmədov Qədir – kiçik texniki işçi

Ağayeva Aynur – kiçik texniki işçi

Şikayətçilər bildirirlər ki, məqsədləri hər hansı qarşıdurma yaratmaq deyil, əmək hüquqlarının qorunması və sağlam iş mühitinin təmin edilməsidir.

Hamilə müəlliməyə analıq məzuniyyəti ilə bağlı hədə iddiası

Müraciətdə ən ciddi məsələlərdən biri isə hamilə olan müəllimlərdən biri ilə bağlıdır. Bildirilir ki, analıq məzuniyyətinə çıxmağa hazırlaşan əməkdaşa məktəb direktoru tərəfindən məzuniyyət ödənişinin verilməyəcəyi ilə bağlı hədələyici ifadələr səsləndirilib, Ona analıq məzuniyyətinin ödənişi verilməyəcəyi deyilib.

Şikayətçilər bunu əmək qanunvericiliyinə zidd addım kimi qiymətləndirir və məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edəcəklərini bildirirlər.

“Azərbaycan Respublikasının qanunvericiliyinə və könüllülük prinsiplərinə əsaslanaraq, biz Həmkarlar İttifaqı üzvlüyündən imtina etmək barədə ərizə ilə müraciət etmişik. Lakin bu təbii hüququmuz məktəb rəhbərliyi tərəfindən bizə qarşı bir repressiya alətinə çevrilib.Məktəbin direktoru Aygün Hüseynova və təsərrüfat işləri üzrə direktor müavini Əliqulu Məmmədov bizi tək-tək otaqlara çağıraraq, ərizələrimizi geri götürməyimiz üçün psixoloji təzyiq göstərir, bizi hədələyirlər.Bu qanunsuzluqların ən pik nöqtəsi isə analıq məzuniyyətinə hazırlaşan həmkarımız Hüseynova Aynura qarşı edilən rəzalətdir. Direktor müavini Əliqulu Məmmədov gənc bir ana namizədini açıq şəkildə şantaj edərək bildirib ki, əgər Həmkarlar İttifaqından çıxsa, ona dövlət tərəfindən verilməli olan analıq məzuniyyəti pulu ödənilməyəcək. Biz soruşuruq: Dövlətin büdcəsini, ananın və körpənin ruzisini kəsmək hədəsi ilə insanları öz maraqlarınıza tabe etmək hansı idarəçilik etikasına sığır?
Biz çox yaxşı bilirik ki, rəhbərliyin bu qədər əl-ayağa düşməsinin səbəbi Qaradağ rayon Həmkarlar Təşkilatının sədri Salman müəllimin məhz bizim məktəbdə “lövbər salması”dır. Burada “əl əli yuyur, əl də üzü” prinsipi ilə bir şəbəkə qurulub. Salman müəllim rəhbərliyin özbaşınalığına göz yumur, direktor və müavin isə qarşılığında biz işçiləri zorla onun təşkilatında saxlayaraq maliyyə zəncirini qorumağa çalışırlar.
Biz buradan Elm və Təhsil Nazirliyinə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının respublika rəhbərliyinə və xüsusilə hüquq-mühafizə orqanlarına müraciət edirik. Bizim qanuni hüquqlarımız 288 nömrəli məktəbin dörd divarı arasında boğulur. Bir qrup şəxsin şəxsi maraqları və qurduğu çirkin “ittifaq” naminə müəllimin və işçinin ləyaqətinin tapdalanmasına nə vaxta qədər göz yumulacaq? Biz bu hədə-qorxulara boyun əyməyəcəyik və haqqımızı qanun qarşısında sonuna qədər tələb edəcəyik. Bu özbaşınalığa “DUR” deyən bir rəsmi qurum tapılacaqmı?”

Şikayətçilər, həmçinin, rayon üzrə həmkarlar təşkilatının rəhbərliyinin məsələyə münasibətinin qeyri-obyektiv olduğunu bildiriblər. Onların sözlərinə görə, qurum məktəbdə baş verən qanunsuzluqlara adekvat reaksiya vermir.

Şikayətçilər aidiyyəti qurumların məsələ ilə bağlı araşdırma aparılmasını xahiş edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(tribuna.az)

Ardı var…

media-1

media-2media-3

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
3 03 2026
2 03 2026
2 03 2026