Sosial (Bu gün, 20:45)
“Akula” Vüqar və onun şəriki şəkili Yusif... DÖVLƏTDƏN GÜCLÜ İMİŞLƏR!
Keçən günlərdə olduqca ilginc bir faktı ictimailəşdirdik. "DİA-AZ" olaraq əldə etdiyimiz bilgilərdə deyilirdi ki, sən demə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sabiq sədri Saleh Məmmədov dövlətin çox ciddi bir bahalım layihəsinə xəyanət edərək özü üçün sərvət toplayıb. Yəni DÖVLƏT MARAQLARI Saleh Məmmədovun şəxsi biznes maraqlarına QURBAN VERİLİB.
Məlumatlardan aydın olurdu ki, Saleh Məmmədov dəyəri milyonlarla hesablanan magistral yolun - Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun istiqamətini bir villaya görə dəyişdirib. Bəli, səhv eşitmədiniz... DÖVLƏT BİR KƏNARA... SALEH MƏMMƏDOV DA BİR KƏNARA...
Məlumatı bir daha xatırladaq: "Belə ki, Masazır duz gölünün yanı ilə uzanan yolun sona qədər düz də davam etdirilməsi planlaşdırılsa da, bu yolun üzərində olan və plana düşən villanın sahibləri hansısa şəkildə Saleh Məmmədovla dil tapa bilib. Nəticədə Saleh Məmmədov dövlətin iqtisadi maarqlarına xəyanət edərək yolun istiqamətini dəyişib. Magistral yolun inşasını iqtisadi baxımdan daha səmərəsiz və dövlət üçün böyük xərclərə yol açacaq fərqli istiqamətdə aparıb. Nəticədə, dövlət daha mürəkkəb relyefdən keçəcək yolun alt təbəqəsinin doldurulması və bərkidilməsinə böyük pullar sərf etməli olub. Bundan başqa, yeni layihə onlarla evin sökülməsini və vətəndaşlara böyük kompensasiyaların verilməsini nəzərdə tutur ki, bu da dövlətin əlavə olaraq milyonlarla manat pulunun israf edilməsi deməkdir. Bunu sübut etmək üçün yolun ilkin-əsas layihəsinə nəzər salmaq kifayətdir.
Saleh Məmmədovun sökməkdən imtina etdiyi və yolun istiqamətinin dəyişməsinə səbəb olan sözügedən villanın “Akula” Vüqar və onun şəriki şəkili Yusif adlı şəxslərlə əlaqəli olduğu iddia olunur. Ehtimal edilir ki, bu şəxslər AAYDA-da çalışan qohum və ya tanışlarından birinin əli ilə Saleh Məmmədovla razılığa gələ bilib və bununla da dövlət əhəmiyyətli layihənin istiqamətini dəyişdiriblər. Nəticədə, dövlət büdcəsinə böyük miqdarda ziyan dəyib ki, bu ziyanın dəqiq miqyasının müəyyən edilməsinə və həmin ziyanın buna səbəb olan şəxslərin hesabına ödənilməsinə ehtiyac var..."
Hər halda, bu fakt olduqca ciddi bir faktdır bununla bağlı hüquq-mühafizə orqanları bir ayrıca araşdırma aparmalıdır. Çünki söhbət çox ciddi pullardan... ən əsası isə DÖVLƏT LAYİHƏSİNİN şəxsi maraqlar naminə redaktəsindən gedir...
Məsələ diqqətimizdədir...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
2 03 2026
1 03 2026
1 03 2026
1 03 2026
1 03 2026
1 03 2026
1 03 2026

























