Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (12-03-2014, 23:41)
1 saylı Hövzə poliklinikasının kollektivi Prezidentdən kömək istədi

 

“Xəzər Dəniz Gəmiciliyi” Qapalı Səhmdar Cəmiyyətinin 1 saylı Hövzə poliklinikasının kollektivi Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevə müraciət edib.
Mediatv.az saytının məlumatına görə, tibb müəssisəsi kollektivinin müraciətində deyilir: 

“Hörmətli Prezidentimiz İlham Əliyev, 75 ildən cox fəaliyyət göstərən Zərifə Əliyeva küçəsi 4 ünvanında yerləşən 1 saylı Hövzə poliklinikasının kollektivi həyatıını dənizçilərin sağlamlığına həsr etmiş və onların sağlamlıqlarının keşiyində duran insanlardan ibarətdir. Amma nədənsə son günlər bizim poliklinika ilə əlaqəli gizli sövdələşmələr gedir. Belə ki, poliklinika paytaxtın mərkzində yerləşdiyindən (Bulvarın qarşısında, Musiqili Komediya Teatrının yanında) bu ünvanı özününküləşdirmək istəyənlər var. 
Möhtərəm Prezidentimiz keçirdiyiniz müşavirələrdə məmur özbaşınalığını ciddi şəkildə tənqid edərək, hər bir dövlət qulluqçusuna Sizin kimi xalqa xidmət etməyi tövsiyə etmisiniz. 
İndi uzun illər burada çalışan həkimləri çıxarıb Yasamal rayonundakı Hövzə xəstəxanasının həyətində keçmiş meyitxanada yerləşdirərək, bizim poliklinikanın ərazisini özəlləşdirmək istəyirlər.

Artıq poliklinikanın bir hissəsi ələ keçirilib və burada iaşə müəsisələri açılıb. Belə ki, 1 saylı Hövzə  poliklinikasının Əziz Əliyev kücəsinə baxan hissəsində “Kofe Evi” fəaliyyətə başlayıb. Bunula kifayətlənməyən şəxslər poliklnikanın digər sahəsində gecə klubu yaratmaq fikrinə düşüblər. Həyatlarını dənizçilərin sağlamlığına həsr etmiş, onların sağlamlıqlarının keşiyində duran tibb işçilərini hiddətləndirən hansısa qüvvələrin hədələri ilə üzləşmələridir.
1 saylı Hövzə poliklinikasının tibbi personalı bu qədim tibb oçağının hansısa işbazın pul qazanmaq ünvanına çevrilməsini istəmir. Bu hal eyni zamanda Azərbaycan qanunvericiliyinin, insan haqlarının pozulmasıdır.

Mövcud qanunvericiliyə əsasən, hər hansı bir tibb obyektinin özəlləşdirilməsi zamanı həmin müəssisənin personalı payçı kimi prosesdə iştirak etməli və hətta özəlləşdikdən sonra isə bu müəssisə 3 il müddətində əvvəlki fəaliyyətini davam etdirməlidir. Biz ümumiyyətlə bu tibb oçağının özəlləşdirilməsinin əleyhinəyik.

Hesab edirik ki, qanunvericiliyin müvafiq müddəları ilə hesablaşmayan, öz maddi maraqlarını Azərbaycan qanunlarından üstün tutan bəzi harınlamış şəxslərin belə addımları hakimiyyəti gözdən salmağa hesablanıb və bu bizləri narazı salır. Kimlərsə bununla Azərbaycan ziyalılarını intihar səviyyəsinə çatdırırlar.

Bütün bunlar azmış kimi həkimlər öz ərizələri ilə işdən azad olunmağa, onların hər biri xəzinəyə pul keçirməyə məcbur edilir. Və xəracın miqdarı o qədər coxdur ki, bunu ödəyə bilməyən həkimə ərizəsini yazıb işdən azad olunmaq təklif olunur. 
Bu haqsızlığa dözə bilməyən həkimlər köməyi yalnız Sizdən – öz Prezidetimizdən umurlar.

Hörmətlə “Xəzər Dəniz Gəmiciliyi” Qapalı Səhmdar Cəmiyyətinin 1 saylı Hövzə poliklinikasının kollektivi”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024