Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (4-03-2014, 17:32)
“Ermənistan işğal olunmuş ərazilərdən çəkilməlidir“ - Britaniya səfiri

 

 

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Xəzər Universitetində "Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığının siyasəti və siyasi mədəniyyəti"adlı məruzə ilə çıxış edib.

 

Trend-in məlumatına görə, universitet tələbələrinin iştirak etdiyi tədbirdə səfir əvvəlcə təmsil etdiyi ölkənin siyasi ənənələri barədə danışıb. O həmçinin ölkənin xarici siyasəti və onun əsas məqsədlərindən söhbət açıb.
Məruzədə İ.Siddiq Ukraynada və digər ölkələrdə müşahidə olunan qeyri-stabil vəziyyətlərə də toxunub.Azərbaycanla əlaqələr barədə danışan İ.Siddıq deyib ki, Böyük Britaniya Azərbaycanla, xüsusi ilə enerji və iqtisadi sahələrdə güclü əlaqələrə malikdir. O əlavə edib ki, Azərbaycanda Britaniya şirkətləri fəaliyyət göstərir və onlar son illər ərzində bu ölkənin inkişafına kömək ediblər: "Əlaqələrimiz əladır. Britaniya Azərbaycanda ən böyük xarici sərmayəçidir. Bu, həm Azərbaycan, həm də Britaniya üçün faydalıdır".
 
 
 
Səfir əlavə edib ki, çoxlu sayda azərbaycanlı tələbə Böyük Britaniyada təhsil alır: "Eyni zamanda, çoxsaylı azərbaycanlı turistlər də Britaniyanı ziyarət edirlər. Biz viza sistemini də dəyişdik ki, onu daha da təkmilləşdirək. Çünki ildən-ilə daha çox azərbaycanlı turist Britaniyaya səfər edir".
 
 
Diplomat Dağlıq Qarabağ münaqişəsinə də toxunub: "Hamı razılaşır ki, Ermənistan işğal olunmuş ərazilərdən çəkilməlidir və bu torpaqlar Azərbaycana qaytarılmalıdır".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024