Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (18-02-2014, 19:04)
Vaqif Mustafayevə orden verildi- Video

 

Azərbaycanın görkəmli kinorejissoru, xalq artisti Vaqif Mustafayev Serbiya Respublikasının daha bir ali mükafatına layiq görülüb. 

 

“Qafqazinfo” xəbər verir ki, kinorejissor Azərbaycan və Serbiya arasında əlaqələrin genişləndirilməsində göstərdiyi xidmətlərinə görə Serbiya prezidentinin qərarı ilə Serbiya Bayrağı ordeni ilə təltif edilib. Ali mükafat bir çox ölkələrdə filmləri sevilərək izlənilən Azərbaycanın görkəmli kinorejissoru, xalq artisti Vaqif Mustafayevə Serbiya Respublikasının Müstəqillik Gününə həsr olunan təntənəli mərasimdə təqdim olunub. Tədbirdə tanınmış incəsənət xadimləri, eləcə də bir çox ölkələrin Azərbaycandakı rəsmi təmsilçiləri iştirak edirdilər. Ordeni kinorejissora Serbiya Respublikasının ölkəmizdəki səfiri Zoran Vayoviç təqdim edib. Azərbaycanla Serbiyanın strateji tərəfdaş olduğunu qeyd edən diplomat hələ keçən il hər iki ölkənin prezidentlərinin strateji tərəfdaşlıq haqqında müqavilə imzaladıqlarını xatırladıb: “Bizim münasibətlərimiz hər tərəfli inkişaf edir. Mən çox şadam ki, bu gün biz burda Serbiya Respublikasının Müstəqillik Gününü qeyd edirik. Biz bu gün burda Space televiziyasının prezidenti Vaqif Mustafayevə dövlətlərarası mədəni əlaqələrin inkişafı, eləcə də kinomatoqrafiya sahəsində xidmətlərinə görə Serbiya Bayrağı Ordenini təqdim etdik”. Kinorejissor, xalq artisti Vaqif Mustafayev də doğma Vətənində belə bir ali mükafatı aldığına görə çox xoşbəxt olduğunu dilə gətirib: “Mən çox xoşbəxt insanam ki, hətta başqa dövlətlərdə də mənim sənətimə ,yaradıcılığıma qiymət verirlər”. Qeyd edək ki, Serbiya Respublikası İncəsənət Akademiyasının fəxri professoru adını daşıyan Vaqif Mustafayevin filimləri nəinki Serbiyada, eləcə də digər Avropa dövlətdərdə də maraqla izlənilir. Tədbirdə bildirildi ki, Vagif Mustafayev kinomatoqrafiyada gördüyü işlərlə Azərbaycanın bir çox Avropa ölkələri ilə incəsənət əlaqələrinin möhkəmlənməsinə çox önəmli tövhə verib. İki tərəfli əlaqələrin inkışafında Azərbaycanın görkəmli kinorejissoru, xalq artisti Vaqif Mustafayevin xidmətlərini xüsusi qeyd edən səfir Zoran Vayoviç həmçinin əlavə etdi ki, Serbiyadan olan aktyorlar hazırda tanınmış kinorejissorun layihələrində iştirak edirlər. Xatırladaq ki, Vaqif Mustafayev eyni zamanda Serbiyanın “Dünya kinosuna verdiyi tövhələrə görə” mükafatına da layiq görülüb.

 

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024