Mediatv.az  xəbər verir ki, şirkət dərmanın qiyməti ilə bağlı da ilk məlumatları yayıb.

Təsdiq edildiyi təqdirdə koronavirusun müalicəsi sübuta yetirilən ilk həb olması gözlənilən molnupiravirin, epidemiya ilə mübarizədə əhəmiyyətli bir addım olacaq. Belə ki, xəstələrin gündə iki dəfə molnupiravirin həbini beş gün ərzində qəbul etmələri kifayət edəcək. ABŞ şirkəti olan “Merck” tərəfindən istehsal olunan dərman koronavirus genlərinin içinə daxil olaraq qoyduğu “xəta kodları” ilə virusun çoxalmasının qarşısını alır.

Artıq Amerika Birləşmiş Ştatları 1,7 milyon insanın müalicəsi üçün bu dərmanlardan sifariş edib.

“Reuters”in xəbərinə görə, ABŞ hökumətinin dərman üçün təyin etdiyi qiymət 700 dollar, cari məzənnə ilə təxminən 1190 manat olacaq. ABŞ -dan başqa ölkələrdə qiymət tətbiqinin necə olacağı isə hələlik bilinmir.(Musavat.com)