Sağlamlıq (2-01-2020, 13:00)
 Orqanizmi xərçənglə mübarizə aparmağa öyrətməyin yolu tapıldı 
	 İsveçrənin Bazel Universitetinin alimləri müəyyən ediblər ki,  antitellərin müxtəlif fəaliyyət mexanizmləri ilə eyni vaxtda istifadə edilməsi immun sistemini xərçənglə effektiv mübarizə aparmağa öyrədə bilər.
 İsveçrənin Bazel Universitetinin alimləri müəyyən ediblər ki,  antitellərin müxtəlif fəaliyyət mexanizmləri ilə eyni vaxtda istifadə edilməsi immun sistemini xərçənglə effektiv mübarizə aparmağa öyrədə bilər.Bu barədə “MedicalXpress” nəşrində yerləşdirilən press-relizdə deyilir.
Tədqiqatçılar heyvanlar üzərində aparılan təcrübələrdə göstəriblər ki, immun hüceyrələrini stimullaşdıran antitel effekti, onların “CD40” reseptorlarına təsir edərək şişlərin qan damarlarına yapışan digər antitellərlə gücləndirilə bilər.
Əvvəllər “CD40”ın antitellərinə böyük ümidlər bəslənilirdi, lakin belə bir müalicəyə xəstələrin 20 faizindən az qisminin reaksiya verdiyi məlum olub.
Alimlər müəyyən ediblər ki, “CD40”ın antitelləri yenitörəmələrin daxili hissələrində deyil, şişlərin periferik sahələrində yığılan sitotoksik T-limfositlərin (t-killerlərin) sintezinə gətirib çıxarırlar. “T-killer”lərin şiş toxumasına nüfuz etməsini yaxşılaşdırmaq üçün tədqiqatçılar dərmanı yeni qan damarlarının yaranmasına təsir edən antitellərlə birləşdiriblər. Yeni birləşmə bağırsaq, döş və dəri şişləri olan heyvanlarda xərçəng toxumalarının məhv edilməsini yaxşılaşdırıb.
 
						Reklam
					
                
				
						Ən çox oxunanlar
					
 
				
						• Sorğu
					
               Saytımızı bəyəndiniz?
Xəbər lenti
				                31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
								 









 
				














 
	 
	 
	 
	