Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (27-10-2019, 11:43)
Yaşıl çayın təhlükəli xəstəliklərlə mübarizədə faydaları açıqlandı

 Çindən olan bir qrup tədqiqatçı yaşıl çayın hüceyrə terapiyası üçün istifadə edilə biləcəyini müəyyən edib. Belə ki, bu zaman xüsusi maddə bədənə daxil edilən kök hüceyrələri qrupunu aktivləşdirir.
Bu barədə “MedicalXress”də yayılan press-relizdə bildirilir.
Mütəxəssislər yaşıl çayın istifadəsi zamanı orqanizm tərəfindən istehsal olunan protokatex turşusunun (PCA) xüsusiyyətlərini öyrəniblər. Alimlər ilk növbədə PCA  olan zaman aktivliyini dəyişən insan böyrəklərinin embrion hüceyrələrini əldə ediblər. Bu hüceyrələr daha sonra siçanlara yeridilib. Gəmiricilərə yaşıl çay içirdildikdə isə hüceyrələr aktivləşib.
Digər təcrübələr zamanı tədqiqatçılar CRISPR genlərinin redaktə sisteminin işini yaxşılaşdırmaq üçün protokatex turşusunu istifadə edə biliblər. CRİSPR DNT-nin konkret hissəsinə nisbətən dəqiq dəyişikliklər edə bilir. Lakin bununla yanaşı, digər sahələrin nükleotid zəncirində zərərli dəyişikliklər baş verir.
Bundan əlavə, siçanlar və meymunlar üzərində aparılan tədqiqatlar göstərdi ki,  yaşıl çay diabetin müalicəsi üçün mədəaltı vəziyə  implantasiya edilən hüceyrələri aktivləşdirir.
Hüceyrələrin fəaliyyətinə uzaqdan nəzarət mexanizmi kimi yaşıl çaydan istifadə edilən zaman  iltihab reaksiyası və ya qanda leykositlərin miqdarının artması kimi hər hansı yan təsirlər müşahidə edilməmişdi.
Qeyd edək ki, hüceyrə terapiyası irsi xəstəliklər və xərçəng, eləcə də ağır ürək-damar, neyrodegenerativ və autoimmun xəstəliklərinə qarşı mübarizədə istifadə olunur.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024