Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (24-01-2017, 13:27)
Azərbaycanda QİÇS və diabetə qarşı dərman hazırlanacaq

2016-cı ilin noyabrında təməli qoyulan Azərbaycan-Rusiya birgə müəssisəsi olan "Hayat Pharm" əczaçılıq zavodunda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq.

 

Mediatv.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında nazir Şahin Mustafayev bildirib. O qeyd edib ki, investisiya dəyəri 74 mln. ABŞ dolları olan zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya və qusmaya qarşı preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək. Zavodun 2019-cu ildə fəaliyyətə başlaması nəzərdə tutulur:


“Bu ilin yanvarında təməli qoyulmuş Azərbaycan-İran birgə müəssisəsi olan "Caspian Pharmed" əczaçılıq zavoduna ilkin mərhələdə 20,6 mln. ABŞ dolları invesisiya qoyulacaq və müəssisədə ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, anti-histamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri istehsal ediləcək. İlkin olaraq zavodda 54 təsiredici maddə üzrə 84 çeşiddə dərman vasitəsi istehsal olunacaq. Zavodun illik istehsal gücü birinci mərhələdə 201 mln. ədəd həb və kapsul təşkil edəcək. Avropanın aparıcı şirkətlərinin mühəndis-layihələndirmə işlərindən, qabaqcıl texnologiya və avadanlıqlardan istifadə olunacaq. "Caspian Pharmed" zavodunun tikintisi 2018-ci ildə başa çatdırılacaqdır. Bu müəssisələrdə 300-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. Növbəti mərhələdə istehsalın həcmi genişləndiriləcək".

Nazir qeyd edib ki, bu ilin martında Pirallahı Sənaye Parkının ərazisində daha bir zavodun təməli qoyulacaq. Bu müəssisələr Azərbaycanda əczaçılıq sənayesinin inkişafında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaq.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024