Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (29-02-2016, 21:15)
İran Azərbaycanda dərman istehsal edəcək

Fevralın 29-da isə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İranın “Darou pakhsh” şirkətinin nümayəndələri ilə görüşüb.

 

Mediatv.az- a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanda dərman vasitələrinin istehsalının təşkili sahəsində əməkdaşlıq, İran tərəfinin ölkəmizdə əczaçılıq məhsulları istehsalı müəssisəsinin təşkilinə dair bir müddət əvvəl Azərbaycan tərəfinə təqdim etdiyi təkliflər, həmçinin bu sahədə birgə müəssisənin yaradılması müzakirə edilib.

Görüşdən sonra İran şirkətinin nümayəndələri əczaçılıq məhsulları istehsalı müəssisəsi üçün təklif edilən Sumqayıt Kimya Sənaye Parkında olub, investorlar üçün yaradılan imkanlarla tanış olublar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İran İslam Respublikasına səfərindən sonra İran şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağı daha da artıb, bir sıra İran şirkətlərinin nümayəndələri ölkəmizdə səfərdə olub, Azərbaycan-İran işgüzar görüşü keçirilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024