Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (19-12-2016, 12:32)
Qara istiotun bilmədiyimiz faydaları

istiot

 

Ətrinə, həmçinin xörək, salat, marinad və turşularda  verdiyi özünəməxsus dada görə qara istiotdan əzilmiş və dənəli halda istifadə edilməsi bir sıra müasir dünya ölkələrinin kulinariyasında mühüm yer tutur.

Mediatv.az bu ədviyyatın müalicəvi xüsusiyyətlərini təqdim edir.

Qara istiotun tərkibində toxumlara özünəməxsus ətir verən dipenten, fellanderin, seskviterpen və kariofillen efir yağları, acı dad verən alkaloid piperin, bundan başqa K vitamini, dəmir, mis, manqan kimi mikroelementlər, qətran, piyli yağlar, bitki lifləri və nişasta var.

Qara istiotun mədədəki duz turşusunun sintezini stimulyasiya etməklə həzmi yaxşılaşdırmaq xüsusiyyətinə malik olması həzmlə bağlı xəstəliklərdə ondan istifadə olunmasına əsas verir.

-Həzmi normallaşdıraraq bağırsaqlarda çürümə prosesi və zərərli qazların əmələ gəlməsinin qarşısını alır, yaranmış qazların, qaraciyərin dezintoksikasion funksiyasını yaxşılaşdıraraq orqanizmdən toksiki maddələrin xaric olunmasını, bağırsaqlardan vitamin və mineralların sorulmasını asanlaşdırır.

-Qara istiot dad reseptorlarını qaıcıqlandıraraq iştahanı və həzmi yaxşılaşdırır, qida qəbulundan sonra ağırlıq hissini aradan qaldırır.

-Sidikqovucu və antibakterial xüsusiyyətlərinə görə sidikçıxarıcı yolların iltihabi xəstəliklərinin müalicə və profilaktikasında istifadə edilir. Tərkibindəki güclü antioksidant təsir göstərən maddələr sərbəst radikalları neytrallaşdıraraq orqanizmdən xaric edir, şiş hüceyrələrinin inkişafının qarşısını alır.

– Qara istiot açıq yaraların üzərinə səpiləndə qankəsici və antibakterial təsir göstərir. Yerli olaraq ilan, əqrəb və həşərat sancmaları zamanı istifadə edilir.

– Qara istiotun tərkibində olan piperin orqanizmə selen, B qrupu vitaminləri, beta-karotin, kurkumin və bir sıra digər faydalı maddələrin sorulmasını artırır, orqanizmdə yağların termogenezini sürətləndirərək eneji mübadiləsini yaxşılaşdırır, artıq piylərin depolanmasının qarşısını alir.

-Piperin beyində seratonin və beta-endorfinlərin sintezini artıraraq əhvali-ruhiyyəni yaxşılaşdırır.

Qara istiot mədənin selikli qişasına qıcıqlandırıcı təsir göstərərək turşuluğu artırdığına görə qastrit və mədə xorası olanlar ondan istifadəni minumuma endirməli və ya tamamilə rasiondan çıxarmalıdırlar. Böyrək, qaraciyər və bağırsaqlarda kəskin proseslər zamanı, anemiya, stenokardiya, aritmiya və hipertoniya xəstəliyi zamanı qara istiotdan istifadə edilməsini məhdudlaşdırılmalıdır.

Müalicəvi reseptlər:

Bel, boyun ağrıları və radikulit

– 20-30 ədəd qara istiot dənələri əzilir və üzərinə 200 ml 40%-li spirt əlavə edilir. Qaranlıq yerdə hər gün qarışdırılaraq 5 gün dəmlənir, üzərinə 1 çay qaşığı yodun 3 %-li spirt məhlulu əlavə edilir və hər gün qarışdırılaraq daha 7 gün dəmlənir, sonra üzərinə 1 xörək qaşığı xörək duzu əlavə edilir və daha 1 gün saxlanır. Alınan cövhərlə ağrıyan nahiyələrə islatma qoyulur. Müalicə müddəti 3 gündür.

– 1 xörək qaşığı əzilmiş qara istiot üzərinə 200 ml zeytun yağı əlavə edilir, zəif ocaqda 10 dəqiqə isidilir, soyuyandan sonra süzülür, ağrıyan nahiyələrə islatma qoyulur.

Zökəm və qrip

– 100 qram kərə yağı zəif ocaqda 15 dəqiqə qızdırılır, əridikdən sonra çökdürülərək süzülür. Yağın duru hissəsinin içərisinə yarım çay qaşığı əzilib toz halına salınmış qara istiot qatılaraq qarışdırılır, ilıq halda buruna damızdırılır.

Angina və bronxit

– 1 çay qaşığı əzilmiş qara istiot 1 stəkan balla qarışdırılır, gündə 3 dəfə 1 çay qaşığı qəbul edilir. Qarışığı 1 ay saxlamaq mümkündür.

Böyrək daşı

– Qara üzüm giləsinin tumları çıxarılaraq yerinə 1 ədəd qara istiot dənəsi qoyulur, 7 gün ərzində gündə 1 ədəd qəbul edilir. Həmin üsulla müalicə zamanı daşlar əriyərək sidiklə birlikdə xaric olur.

Saç tökülməsi və qırılması

– Bərabər miqdarda duz və əzilmiş qara istiot qarışdırılır, qatı qarışıq alınana qədər üzərinə soğan suyu əlavə edilir. Alınan qarışıq saçların dibinə çəkilir, yarım saat sonra yuyulur.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024