Sağlamlıq (4-07-2016, 15:33)
Xərçəngin qarşısını alan 10 ən güclü qida
Antioksidan ehtiva edən qidalar xərçəng, ürək xəstəlikləri, təzyiq və bir çox narahatlığa yaxşı təsir edir.
Mediatv.az: Eyni zamanda stressin öhdəsindən gəlir. Faydası olan antioksidanla zəngin 10 qidanı təqdim edir.
1. Böyürtkən
Böyürtkən lif, mineral, vitamin və qabaqlayıcı antioksidan ehtiva edir. Böyürtkən və bənövşəyi meyvələrin tərkibində olan antioksidanlar xərçəng, ürək xəstəliklərinin qarşısını almağa kömək olur. Ellagic turşu ehtiva edən bu maddə kanserogenlərlə mübarizə aparma xüsusiyyətinə malikdir.
2. Pomidor
Pomidor təsirli bir antioksidan olub likopen, karoten və beta-karoten ehtiva edir. Bu maddələr katarakta və insan bədənində olan dəri xəstəliklərinin qarşısını alır.
3. Brokoli
Brokoli estrogen səviyyəsini aşağı salan güclü antioksidan ehtiva edir. Bu səbəbdən də uşaqlıq və döş xərçənginin qarşısını alma təsiri var.
4. Sarımsaq
Sarımsağın pis qoxusunun səbəbi olan sulfid komponenti güclü antioksidandır. Sarımsaq ürək sağlamlığını qoruyur, xolesterol səviyyəsini tarazlıqda saxlayır, yüksək təzyiqi aşağı salır və bir çox xəstəliyə qarşı mübarizə aparır.
6. İspanaq
Əla bir maqnezium qaynağı olan ispanaq antioksidan anbarıdır. Osteoporoz, ürək xəstəlikləri, sütun xərçəngi, artrit kimi bir çox xroniki xəstəlikdən da qoruyucu gücə malikdir.
7. Qara üzüm
Ürək sağlamlığını dəstəkləyir, qandakı laxtalanmanı azaldır, qan damarlarının açıq və elastik olmasını təmin edir.
8. Kök
Tərkibindəki karoten ilə təsirli antioksidandır. Bişmiş kök, çiy yerkökünə nisbətən daha çox antioksidan ehtiva edir. Mədə problemlərinə və revmatizmə qarşı qoruyucu xüsusiyyətə malikdir.
9. Lobya paxlası
Ən təsirli antioksidanlardan bir də lobya paxlasıdır. Xolesterolu aşağı salır, xərçəngin qarşısını almağa kömək edir, sümük əriməsinə qarşı mübarizə aparır və menopauzanın təsirlərini azaldır.
10. Taxıl məhsulları
Ən yaxşı antioksidanlardan biri olan taxıl alzehmir xəstəliyində irəliləməni yavaşladır, günəş yanıqlarına yaxşı təsir gəlir, immunitet sistemini qoruyur və revmatizm müalicələrində təsirlidir. (lent.az)