Karusel (15-04-2015, 19:05)
Meyvələrin inanılmaz faydaları
Yazın özünü hiss etdirdiyi bu günlərdə pəhriz saxlayanların sayı çoxalır
Ancaq sağlamlığa zərər verməmək üçün pəhriz menyusuna mütləq meyvələr də daxil edilməlidir
Meyvələrin demək olar ki, hamısı şəfa mənbəyidir.
Pəhriz üçün ən faydalı meyvələri təqdim edirik:
Üzüm
Güclü antioksidantlarla zəngin olan üzüm həm də C vitamini mənbəyidir. Üstəlik, manqan, B1,B2 və kalium ehtiva edir.
Sağlamlıq üçün çox faydalıdır.
Ürək xəstəliklərindən qoruyur. Bol miqdarda üzüm yeyənlərin qanında laxtalanma azalır, qırmızı qan hüceyrələri artır.
Üzümün tərkibindəki maddələr ürək əzələlərini gücləndirir.
Üzüm xərçəngə qarşı da təsirlidir. Bu meyvənin tərkibində olan “resveratrol” və “saponine” adlı maddələr xərçəngə qarşı çox güclü təsir göstərir. Bu maddələr həm də xolesterinin səviyyəsini aşağı salırlar.
Qeyd edək ki, araşdırmalar keyfiyyətli üzümdən hazırlanmış qırmızı şərabın da eyni təsirlərə malik olduğunu ortaya çıxarıb. Üstəlik, gündə 1 qədəh qırmızı şərab içənlərdə alzeymer xəstəliyinə yaxalanma riski azalır.
Çiyələk
Bol miqdarda A, B1, B2, C və K vitamini, zülal, şəkər, dəmir, fosfor, natrium, kalsium və kalium ehtiva edir. Çiyələk də üzüm kimi ürək-damar xəstəliklərinin və xərçəngin düşmənidir.
Çiyələk C vitamini qaynağıdır. Ona görə də yaz xəstəliklərindən qorunmaq üçün gündə bir ovuc yemək lazımdır.
Ərik
Bağırsaqların işini yaxşılaşdırır. Ərik nə qədər təzədirsə, tərkibindəki beta-karoten maddəsi də o qədər çox olur. Bu maddə antioksidant təsiri göstərir. Xərçəngdən qorunmaq və yaşlılıq əleyhinə beta-karotendən istifadə edilir. Ərik liflə zəngindir. A vitamini sayəsində göz sağlamlığına yaxşı təsir edir

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
9 06 2025
9 06 2025
9 06 2025
9 06 2025
9 06 2025
9 06 2025
9 06 2025
9 06 2025
8 06 2025
8 06 2025
8 06 2025