Sağlamlıq (25-02-2016, 22:28)
Qırmızı soğan və süd MÖCÜZƏSİ: Sınaqdan keçirin
Demək olar ki, hər kəs soğanın sağlamlıq baxımından çox əhəmiyyətli olduğunu bilir.
Mediatv.az xəbər verri ki, bilinməyən xüsusiyyətlərdən biri də qırmızı soğan və süd qarışığının möcüzəsidir ...
Qırmızı soğan və süd qarışığı təzyiqi tənzimləyən xüsusiyyətə malikdir.
Şəkər xəstəliyinə qarşı qırmızı soğan yemək olduqca vacib və xeyirlidir.
Bu qarışım öd kisəsində daş əmələ gəlməsini böyük nisbətdə əngəlləyir.
Mədə qanaması və qarın sancılarına qarşı qırmızı soğan və süd qarışığı çox təsirli bir məlhəmdir.
Hazırlanma qaydası:
Qırmızı soğanı incə-incə doğrayın və südün içində qaynadın. Bu südü için və dibində qalan soğanları da yeyin.
Ayaq və əl dırnaqlarınız tez qırılırsa dırnaqlarınızı qırmızı soğanın suyu ilə ovun.
Ayrıca bronxit (boğaz iltihabı), səsi gözəlləşdirmə, əsəbi narahatlıqlar, öskürək və boğaz ağrılarının müalicəsi üçün qırmızı soğan suyunu balla qarışdırıb yemək lazımdır. Bu qarşımdan gündə 3 yemək qaşığı yeyin.
Ayaqlarda, əllərdə, qarında və sinədə şişməyə qarşı soğan suyu içmək təsirli bir üsuldur. Gündə 3 dəfə yeməkdən əvvəl 1 yemək qaşığı soğan suyu üçün.
Burun qanamasını dayandırmaq üçün qırmızı soğandan istifadə edin.
Soğan yumrusunun üstündəki yarpaqları qaynadıb çibanın üzərinə qoyun. Bu, çibanı yetişdirmək üçün təsirli bir üsuldur.
Sidik yollarında ağrı varsa qırmızı soğan çox təsirlidir. Qırmızı soğanı kəsin, yüngülcə istilədin. Ağrıyan yerin üzərinə qoyun. Ağrının azaldığını görəcəksiniz.